Dayaq olsa


Dayaq olsa

Qara ağdan seçilər,
Göz-gözə dayaq olsa.
Ocaq sönməz dünyada,
Köz-közə dayaq olsa.

Dünya firavan yaşar,
Həyat çağlayar, daşar.
Bülbüllər nəğmə qoşar,
Söz-sözə dayaq olsa.

Hər təpədən dağ olmaz,
Vüqarlı dağ dağılmaz.
Əyri artıb ağarmaz,
Düz-düzə dayaq olsa.

Namərd mərdə od qoyar,
Naşını nadan duyar.
Dağı dağ üstə qoyar,
Diz-dizə dayaq olsa.

Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları