Dağlar



Dağlar

Ustad Ələsgərin telli sazından,
Məni bu yerlərə gətirən, dağlar.
Bu loğman havadı,  bu sərin sudu,
Üstümdən dərd-qəmi götürən dağlar.

Gəldin halallaşaq ömrün qış çağı,
Sellərin, suların durulmaz çağı.
Hünər köhlənimin yorulmaz çağı,
Məni aşırımdan ötürün, dağlar.

Ya nəsib, ya qismət bir də gəlim mən,
Çeşmələr başında deyib-gülüm mən.
Istərəm qoynunda qalıb ölüm mən,
Əvəzi arzuya yetirin, dağlar.

Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

SƏN MƏNİ SEVMƏDİN MƏN SƏNİ SEVDİM KITABINDAN ŞEİRLƏR

Əvəz Mahmud Lələdağ Şeirləri