De


De

Könül vermə hər  yetənə,
Dərdini dərd bilənə de.
Bu gərdişin oyununa,
Qəh-qəh çəkib gülənə de.

Kimə qalıb fani dünya,
Ər oğullar hanı dünya.
Insanları tanı dünya,
Əhdə sadiq olana de.

Bir gün gələn, bir gün gedər,
Çox darıxma, dar gün gedər.
Əvəz yurddan sürgün gedər
Sözün olsa,  qalana de.

Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

SƏN MƏNİ SEVMƏDİN MƏN SƏNİ SEVDİM KITABINDAN ŞEİRLƏR

Əvəz Mahmud Lələdağ Şeirləri