Haqladı


Haqladı

Cavanlığın ahıl çağı,
Haqladı məni haqladı.
Bizim dağdan əsən külək,
Haqladı çəni haqladı.

İtirdim bir siyah teli,
Gümüş kəmər, incə beli.
Qəfil gələn afat yeli,
Haqladı dəni haqladı.

Gedən getdi, gəlməz bir ,
Lələdağı saldı dərdə.
Əvəz, hicran yaman yerdə,
Haqladı səni haqladı.

Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

SƏN MƏNİ SEVMƏDİN MƏN SƏNİ SEVDİM KITABINDAN ŞEİRLƏR

Əvəz Mahmud Lələdağ Şeirləri