Satırmış demə


Satırmış demə

Çox yaşın bir dostum yad oldu mənə,
Zatı qırıq imiş,qatırmış, demə.
Boğazdan yuxarı  dostluq edirmiş,
İçində nadanlıq bitirmiş,demə.

Əyilib keçirdi,asılı idi,
Boynu qoltuğuma qısılı idi.
Qardaş-bacısıyla «küsülü»idi,
Qurd kimi göz-gözə yatırmış,demə.

Xeyir-şər olubdu,mərd-namərd olub,
Şad xəbər namərdə böyük dərd olub.
Bayquşun niyyəti uçuq yurd olub,
Dostum bayquşdan da betərmiş, demə.

Pir deyib gələrdi pir-ocağıma,
Əl gəzdirərdi künc-bucağıma.
Mənim bostanıma, könül bağıma,
Əlləmə daşları atırmış, demə.

Bir vaxt dadanmışdı dənliyimə ,
Özü dönük çıxdı verdiyi vədə.
Dostluq mənzilinə çatmadı gədə,
Vicdanı şöhrətə satırmış, demə.
                        
                                          2004

Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

Məhəmməd Peyğənbərin zahiri görünüşü və xasiyyəti

ZARAFAT VƏ İTHAF ŞEİRLƏRİ 2