Məni


Məni

Kərəm sahibləri, kərəm eyləyin,
Yaxşıyam, yamana qatmayın məni.
Ömrün qürub çağı kəsib qapımı,
Köhnə əşya kimi atmayın məni.

Mənim öz aləmim, öz yolum bəlli,
Düyünə düşübdü bəxtimin həlli.
Iş görən görürmü bir düz əməlli,
Satqına, alçağa, satmayın məni.

Lələdağ dahilər salıbdı yola,
Müştəri axtarırı hər gələn bəla.
Yanımda, yörəmdə mərd ola-ola,
Namərdlə qol-qola çatmayın məni.


Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

SƏN MƏNİ SEVMƏDİN MƏN SƏNİ SEVDİM KITABINDAN ŞEİRLƏR

Əvəz Mahmud Lələdağ Şeirləri