Qara eynək


                     Qara eynək


                           Çoxları elə bilir
Mən kefimdən taxıram
Bu zil qara eynəyi.
İnanın, gözlərimə
Yoxdur onun köməyi.
Mən onu taxıram ki,
Yaltaqları görməyəm,
Qorxaqları görməyəm.
Mən onu taxıram ki,
Sırtıq üzlər görməyəm,
Millətimin içində
Pozğun qızlar görməyəm.
Xalqıma böhtan atan
Qaçıb kölgədə yatan
Nadanları görməyəm,
Min sifətli, qəlbidaş
İnsanları görməyəm
Çoxları elə bilir
Mən kefimdən taxıram
Bu zilqara eynəyi.
İnanın, gözlərimə
Yoxdur onun köməyi.

Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

Məhəmməd Peyğənbərin zahiri görünüşü və xasiyyəti

ZARAFAT VƏ İTHAF ŞEİRLƏRİ 2