Mən


Mən

Ömür keçib, yaş qarıyıb,
Dirənmişəm yoxuşa mən.
Susuzluqdan bağ quruyub,
Tamarzıyam yağışa mən.

Evdən çölə çıxammıram,
Dərdi-qəmi yıxammıram
Xeyli vaxtdır baxammıram,
Xumarlanan baxışa mən.

Gözlərimin nuru gedib,
Yaş qalıbdır, quru gedib.
Nə gedibsə, duru gedib,
Bənd olmuram çox ə mən.

Qürbət eldə Əvəz ölməz,
Vətənsizin üzü gülməz.
Ürəyimə təpər gəlməz,
Çatanmasam «Naxışa» mən
2011

Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

SƏN MƏNİ SEVMƏDİN MƏN SƏNİ SEVDİM KITABINDAN ŞEİRLƏR

Əvəz Mahmud Lələdağ Şeirləri