Təbiət


Təbiət

Təbiətin qoynundayam,
Gül-çiçəyin gözəlliyi,
Qucağına sığınmayan,
Bir çəməndə,
Qədəm-qədəm gəzirəm mən.
Könlüm tutan çiçəklərdən
Ehallıca üzürəm mən.
Hörmət ilə qoxlayıram.
Tər çiçəyin ətri ilə məst oluram,
Məhəbbətlə dost oluram.
Uzanıram gül-çiçəyin arasına,
Göy üzündə ağ buludlar
Karvanlanır ara-sıra
Qoca dağlar qalxan tutub çən-dumanı.
Şiş qayalar saf qanıdır bu dağların.
Çəmənlikdə çən sürünür,
Sisi ələnib qaş-daş olur
Gül-çiçəyin yanağında
Nəsim düzə inci səpir.
Gülüş səkir yasəmənin dodağında
Mavi göyün inciləri
Göy otların qulağında sırğalanar.
Həzin-həzin külək əsir,
Çiçəklərin nur tacında
Bal arısı yırğalanr.
Çiçəkləri öpə-öpə toybaşı tək
Çəmənlikdən hey dolanır, hey fırlanır.
Günəş yerə ətək-ətək zər göndərir,
Al lalənin üzü yanır.
Şöləsində göz qamaşır,
Gözəllikdən ağıl çaşır.
Ürkək-ürkək kəkli keçir,
Baldırına şeh ilişir, çəhlim düşür.
Bülbül coşur, nəğmə qoşur.
Çiçəklərin naz-qəmzəsi
Sığışmayır çəmənliyə
Düşünürəm, bu gözəllik hara sığar?
Şair qəlbi geniş olar,
Sığsa ancaq ora sığar.


Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

Məhəmməd Peyğənbərin zahiri görünüşü və xasiyyəti

ZARAFAT VƏ İTHAF ŞEİRLƏRİ 2