Dağlar
Dağlar
Hayladım, hayladım səsim batınca,
Niyə vermədiniz hay, mənə dağlar.
Qulağın kar oldu, eşitmədinmi,
Qoynunda tutdular «toy» mənə, dağlar.
Dolu yaylaqların boşaldı getdi,
Ceyranın, cüyürün baş aldı getdi.
Mərdlər namərdlərə tuş oldu getdi,
Sağalmaz dağ çəkdi «hay» mənə, dağlar.
Bir oba qoruyub saxlıyımmadın,
Bir yaman yolunu bağlıyammadın,
Əvəzin halına ağlıyammadın,
Axır ki, oldunuz tay mənə, dağlar.
Комментарии
Отправить комментарий