Dağlar
Dağlar
Ustad Ələsgərin telli sazıdır,
Məni bu yerlərə gətirən, dağlar.
Bu loğman havadı, bu loğman sudu,
Üstündən dərd-qəmi götürən dağlar.
Qəlbimi göynədir intizar gözü,
Dilimdən düşməyir el-oba sözü.
Gəzdim Əyriqarı, gördüm Ağdüzü,
Bağıran lalələr bitirən dağlar.
Sellərin, suların, durulmuş çağı,
Gəldim halallaşaq ömrün qış çağı.
Hünər köhlənimin yorulmuş çağı
Məni aşırımdan ötürən, dağlar.
Ya nəsib, ya qismət bir də gələm mən,
Çeşmələr başında deyib güləm mən.
İstərəm qoynunda qalıb öləm mən…
Əvəzi arzuya yetirin, dağlar.
Комментарии
Отправить комментарий