Hanı


  Hanı

Allah, məni yaman gözdən sovuşdur,
Qoy böyüyüm gül-çiçəyin içində.
Allah, məni həsrətimə qovuşdur,
Ömür sürək bir ürəyin içində.

Pərvanə tək gəl vurulma hər şama,
İnam ilə saf tumlardan vur şuma.
Dan sökülsün, Günəş çıxsın qarşıma,
Bir istəyin, bir diləyin içində.

Çıraqla gəz, Əvəz kimi yar hanı?
Ocaq sönüb külü qalıb, qor hanı?
Çardaq uçub, o gördüyün var hanı?
Buza döndüm sərt küləyin içində.

Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

Məhəmməd Peyğənbərin zahiri görünüşü və xasiyyəti

ZARAFAT VƏ İTHAF ŞEİRLƏRİ 2