Dərdimin
Dərdimin
Allahım,
əlimdə
ixtiyar ola,
Axıdam dərdini suya
dərdimin.
Loğmanı kasaddı, təbibi qıtdı,
Çarəsi tapılmır niyə
dərdimin?
Allahım,
bu dərddən nə
qədər yazım,
Niyə
çiçəkləmir, gül
açmır yazım?
Köynəkdə
qalıbdı sədəfli sazım,
Naləsi çatıbdı göyə dərdimin.
Deyirlər nicatı birlikdir
ancaq,
Köz-közə
söykənsə
gur yanar ocaq.
Vətənin eşqidir gözümdə çıraq,
Yaradan sirrini
deyə
dərdimin.
Gündüz yas
saxladım, gecə
vay etdim,
Aşağı,
yuxarı götür-qoy etdim.
Nahaqdan əvəzi
«quru bəy» etdim,
Heydər nöqtəsini qoya dərdimin.
1992
Комментарии
Отправить комментарий