Görmüşəm


Görmüşəm

Könül, bəmdə dayan çəkmə çox zilə,
Zildən bəmə enənləri görmüşəm.
Atını oynatma belədən belə,
Çərxi geri çönənləri görmüşəm.

Aqil kəslər sətir-sətir deyiblər,
Od kökünün üstə bitirdeyiblər.
Ağır otur, batman gətirdeyiblər,
Hərzə-hərzə dinənləri görmüşəm.

Yaxşı-yaman gəlib keçir vaxt belə,
Gəl öyünmə qismət belə, bəxt belə.
Bu dünyanın gərdişinə bax belə,
Yana-yana sönənləri görmüşəm.

Əvəz, elin pisliyinə can atma,
Acı sözlə ürəkləri qanatma.
Yaxşılığı, haqqı sanı unutma,
İlqarından dönənləri görmüşəm.

Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

Məhəmməd Peyğənbərin zahiri görünüşü və xasiyyəti

ZARAFAT VƏ İTHAF ŞEİRLƏRİ 2