Göndər


                  Göndər

Qardaş, o yerlərin gül-çiçəyindən,
Mənə şehli-şehli dəstələ, göndər.
Arzubulağın zümzüməsiylə,
Quşların səsiylə bəstələ, göndər.

Bənövşə boynunu çöldə buranda,
Lalələr, nərgizlər məclis quranda.
Çıx Haçagədiyə alatoranda,
Sən vaxtı, vədəni üstələ, göndər.

Olmaz bizim elin payız toyundan,
Olmaz Çıqqıllının bumbuz suyundan.
Bir az dələmə tut yerli qoyundan,
Bacar göndərsən şəst ilə göndər.

Çoxdandır yemirəm dağ göbələyi,
Torpağın qabarı göbələyi.
Dan üzü tərpənib yığ göbələyi,
Əvəzi istəyən dost ilə göndər.


Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

SƏN MƏNİ SEVMƏDİN MƏN SƏNİ SEVDİM KITABINDAN ŞEİRLƏR

Əvəz Mahmud Lələdağ Şeirləri