A ceyranım
A ceyranım
Niyə məndən küsüb getdin,
Küsüb getmə, a ceyranım.
Ürəyimi üzüb getdin,
Üzüb getmə, a ceyranım.
Qara geysin bu gərdişi,
Gədə-güdə oldu kişi.
Gəl başlayaq xeyir işi,
Bezib getmə, a ceyranım.
Çaşdırmasın zaman səni,
Yana-yana qoyma məni.
Bəslədiyim göy çəməni,
Əzib getmə, a ceyranım.
Комментарии
Отправить комментарий