Qaldı


Qaldı

Başı qarlı uca dağlar,
Dağlar, sizdə nəyim qaldı?!
İlk eşqimin yadigarı,
Yan tütəyim, neyim qaldı.

Ovutmayın bir də məni,
Kim sağaldar dərd əməni.
Gərdiş saldı dərdə məni,
Hansı dərdi deyim qaldı?

Yaylağında buz bulağım,
Oylağında cavan çağım.
Bülbül ötən güllü bağım,
Top dağıtmaz öyüm qaldı.

Ellər oldu bölük-bölük,
İnsaf edin, ağırdı yük.
Nə cibimdə yaman günlük,
Nə dizimdə heyim qaldı.

Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

Məhəmməd Peyğənbərin zahiri görünüşü və xasiyyəti

ZARAFAT VƏ İTHAF ŞEİRLƏRİ 2