Qürbətdə qalan yaylaq
Qürbətdə qalan yaylaq
Tale mənə
qanaq taxa,
Uçam,
gedəm o yerlərə.
Baxam,
görəm necədirlər,
Əhməddibək
, Daşıldərə.
Qarıyarıq,
Qızılboğaz
Ala
göllər yerindəmi.
Ay dəli
Kür, ay xan Araz
Bizim
ellər yerindəmi.
Əriməzim
, Əyriqarım,
Sizə gələn
ellər hanı.
Quşəppəyim
, qulamçarım,
O ətirli
güllər hanı.
Şəhər
–şəhər salam verəm,
Buzovyala,
Ağbulağa.
Şehli-
şehli çiçək dərəm,
Tək-tək
düzəm buxağa.
O sərin
su,loğman hava,
Ayrı
düşüb el obadan.
Ova
çıxmır Ütük baba,
Nə
dovşan var, nə dəqaban.
Düşmən
düşmür şər atından,
Böcək
belə dəymir gözə.
Qorxusundan
yer altından,
Göbələkdə
çıxmır üzə.
Sarıyoxuş,
palantökən,
Yağı
dirənib yoxuşa.
Çəkiləcək
bu duman, çən,
Gözlə
, gələcəm görüşə.
Mən
duz kimi yalıyacam,
Üçtəpəni,
göbəkdaşı.
Ox
olacam, atılacam.
Müddahıya,yada qarşı.
Qoşun
olub qoşulacam,
Qılıncyala,
Qoşundaşa.
Yağılara
dərd olacam,
Son
qoyacam, bu savaşa.
Комментарии
Отправить комментарий