Darıxmışam
Darıxmışam
Yaman
darıxmışam o dağlar üçün,
Inanın,
burnumun ucu göynəyir.
Vallah,
ayrılığa dözə bilmirəm,
Başımın,
beynimin içi göynəyir.
Həsrətdən
yanıbdı dilim, dodağım,
Nənəmin
küllənmiş sacı qalıbdı.
Sönüb
külə dönüb odum, ocağım,
Şirinim
yox olub, acı qalıbdı.
Ilahi,
bir dəli külək olam mən,
Ötəm
buludları, ötəm quşları.
Işıqlıdağında
çiçək olam mən,
Üstümə səpilə
yaz yağışları.
Ilahi,
bir həzin mehə dönəm mən,
Əsəm çiçəklərin,
güllərin üstə.
Çəməndə
parlayan şehə dönəm mən,
Çilənəm
o qara tellərin üstə.
Alıb
ağuşuna xam xəyal məni,
Indi
xiffət edir ocaq daşları.
Unuda
bilmirəm çölü, çəməni,
Sürülər
bəzəyən dağ yamacları.
Hər qaya
dibindən bur bulaq çıxır,
Ürək
yanğısını söndürən bulaq.
Zəmzəm
suyu kimi çağlayıb axır,
Atlını
atından endirən bulaq.
Gəlir xəyalıma
hər zaman, hər an,
Baldırğanlı
dərə, yarpızlı gözə.
Orda kəhriz
var ki, sözümə, inan,
Dirilik
suyudur, nur verir gözə.
Öpəm
bulaqların durna gözündən,
Sonra
tumarlayam şumal daşları.
Keçəm
Əyriqardan, Maraldüzündən,
Gəzəm
yamacları, gəzəm döşləri.
Uzanam
dibinə lal qayaların,
Qaya
kölgəsində yatam, dincələm.
Artıq
tükənibdi səbir-qərarım,
Gileydən,
güzardan beynim dincələ.
Göylər nərə
çəkə, şimşəklər çaxa,
Otlar
sırğa taxa şeh damcılardan.
Bu anda
böyürdən bir gözəl baxa,
Vuram
qoltuğuma, çıxam aradan.
Bəxtimin
ulduzu yatıbdı hələ,
Aranı kəsibdi
qatı duman, çən.
Çoxdandı
açılmır qurulan tələ,
Yağı
tapdağında inləyir Vətən.
Bir gün
açılacaq yollar, irizlər,
Yenə şənlənəcək
bizim yaylaqlar.
Yurdumda
qalacaq silinməz izlər,
Daha gur
yanacaq sönmüş ocaqlar.
Комментарии
Отправить комментарий