Vaxtıdı


Vaxtıdı

Dan yerinə səda düşür,
Gülüm, şehin dürr vaxtıdı.
Sarıl mənə sarmaşıqtək,
İlhamımın gur vaxtıdı.

Qaçma məndən, ay allahım,
Səni tutar bir gün ahım,
İndi mənim nə günahım?
Saçlarımın qar vaxtıdı.

Tale yazıb səni mənə,
Möhürləyib dönə-dönə.
A bal dodaq, mərmər sinə,
Köhlənimi yor, vaxtıdı.

Baş başadır şamamalar,
Yanan mənəm, şama nə var.
Oyanmadı gülüzlü yar,
Bostançının kar vaxtıdı.

Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

SƏN MƏNİ SEVMƏDİN MƏN SƏNİ SEVDİM KITABINDAN ŞEİRLƏR

Əvəz Mahmud Lələdağ Şeirləri