Mənəm
Mənəm
Eşq bəla olsa da, məlhəmdir cana,
Eşqin əzabıyla inləyən mənəm.
Göyün günəşisən gözümdə inan,
Şirin söhbətini dinləyən mənəm.
Niyə biganəsən mənə, ey pəri,
Yükəmə könlümə bu dərdi-səri.
Dirilik suyudur eşqin zəhəri,
Ver içim, zəqquma bal deyən mənəm.
Əvəz Lələdağı gəl üzmə daha,
Allaha xoş getməz verdiyin cəfa.
And olsun açılan məsum sahaba,
Məhəbbət önünüdə baş əyən mənəm.
Комментарии
Отправить комментарий