Dünya
Dünya
Səndən yaman gileyliyəm,
Haqq səsimi boğan dünya.
Varlıları tumarlayan,
Kasıbları sağan dünya.
Gücüm çatmır döyəm səni,
Yıxam səni, əyəm səni.
Ac qurd kimi yeyəm səni,
Üstümə qəm yağan dünya.
Bu dərd yükü məni əydi,
Kimdən ötən kimə dəydi?
Bir utanıb əriyəydi,
Səni namərd doğan, dünya.
Комментарии
Отправить комментарий