A yaylaqlar


A yaylaqlar

Darıxmışdım sizin üçün,
A yaxınlar, ay uzaqlar.
Tələsirdim bu görüşə,
A çeşmələr, ay bulaqlar.

A nazəndə Göbəkdaşım,
Gəl səninlə qucaqlaşım.
Çox bəlalar çəkdi başım,
Ay oylaqlar, ay oylaqlar.

Çəmənlikdə naxışa bax,
O kəkliyə, o quşa bax.
Nərgizlərdə baxışa bax.
Ay çiçəklər, a yarpaqlar.

Ocaq daşın olammadım,
Pir başına dolanmadım.
Qoynunuzda qalammadım,
A yaylaqlar, a yaylaqlar.

Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

Məhəmməd Peyğənbərin zahiri görünüşü və xasiyyəti

ZARAFAT VƏ İTHAF ŞEİRLƏRİ 2