Nə qaldı
Nə qaldı
Əkinləri sel apardı,
Bizə nə qaldı, nə qaldı.
Qoca kürün yel apardı,
Közə nə qaldı, nə qaldı?
Qarabağım yandı, getdi.
Gələn baxıb, döndü getdi.
Əyri-üyrü öndə getdi,
Düzə nə qaldı, nə qaldı?
Əvəz, ömür keçir qışa,
Başın dəyib daşda-daşa,
75-i vurdun başa,
Yüzə nə qaldı, nə qaldı?
Комментарии
Отправить комментарий