BİR GÖRƏYDİM ÜZÜNÜ
BİR GÖRƏYDİM ÜZÜNÜ
Eşitdim nəvəm olub,
Sevincdən gözüm dolub.
Xiffətdən rəngim solub,
Kaş görəydim üzünü.
Məniqınayan olmaz,
Dərdimi bilən olmaz.
Qəlbim sevinclə dolmaz,
Bir görəydim üzünü.
Səsinə qurban dedim,
Gözünə ceyran dedim,
Özünə heyran dedim,
Bir görəydim üzünü.
Комментарии
Отправить комментарий