Bülbül


Bülbül

Səhərin gülşən çağında,
Gəl sızlama belə, bülbül.
Üstümüzə qurd ulayıb,
Bir az gözlə hələ, bülbül.

İstədiyim çağ gəlmədi,
Qara günüm ağ gəlmədi,
Səndən də soraq gəlmədi,
Sar yetişdi gülə, bülbül.

Bu, gərdişin öz dərdidi,
Sənin arzun yaz dərdidi,
Əvəzinki saz dərdidi,
Yanıb döndüm külə, bülbül.

Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

SƏN MƏNİ SEVMƏDİN MƏN SƏNİ SEVDİM KITABINDAN ŞEİRLƏR

Əvəz Mahmud Lələdağ Şeirləri