Dünya

Dünya
Tuğyan edən dəniz kimi,
Coşan dünya, daşan dünya.
Qan ağlayan bu könlümə,
Qəm karvanı qoşan dünya.
Mərdi qovub namərd edən,
Bir dərdimi min dərd edən,
Abad yeri bərbad edən,
Quş həddinə düşən dünya.
Eşitmədin heç haqq səsi,
Gözdə qoydun min həvəsi.
Dara çəkdin sən Əvəzi,
Yol-ərkanı çaşan dünya.
Комментарии
Отправить комментарий