Sən saydığını say...
Sən saydığını say...
(Faciə)
Balta qalxıb əkən kimi
Baş bölündü iki yerə
Aman Allah, bu nə dəhşət
bu nə vəhşət
Qan fışqırdı hopdu yerə...
Günəş birçəyini tökdü çöllərə,
Dağ, dərə çöl-çəmən nura boyandı.
Mələklər bir sığal çəkdi güllərə,
Torpaq cana gəldi, otlar oyandı.
Kəklik qəhqəhəsi düzə yayıldı,
Torağay havada bir məclis qurdu.
Belə zəgulədən quşlar ayıldı,
Həmişə çox yatan dovşan da durdu.
Əkinçi, bikinçi başladı işə,
Min nemət bitirən torpaq əkildi.
Çoban sürüsünü hayladı döşə,
Dərədə mısıdan duman çəkildi.
Yayıldı aləmə tütək, ney səsi,
Təbiət adamın üzünə güldü.
Kəndlinin əkməyə artdı həvəsi,
Hər tərəf ətirli, qönşəli güldü.
Lalənin tacında şeh şamı yandı,
Arılar çiçəkdən, çiçəyə qondu.
Kərəmin içində sevgi oyandı,
Yan-yörə hamısı cənnətə döndü.
Baxdı mənzərəyə doyunca baxdı,
Çoxdan gözləyirdi nazlı baharı.
Artıq yaxınlaşır evlənmək vaxtı,
Gəldi xəyalına vəfalı yarı.
Əzizim sənə dağlar,
Şeh düşüb sənə dağlar.
Tutaydım yar əlindən,
Çıxaydım sənə, dağlar.
Necə də gözəldir sevdiyim mələk,
Qıvrım hörükləri topuğa çatır.
Hərdən toy barədə söhbət düşəndə,
Elə bil dəryada gəmisi batır.
Havatək tutulur qaşı-qabağı,
Baxışı gözümdə hey alovlanır.
Yollanır bulağa hər axşam çağı,
Yanağı işvədən od kimi yanır.
Gəldi göz önünə nişan gecəsi,
Mağar bəzənmişdi bayramsayağı.
Sevincdən gülürdü hamının üzü,
Üzük gözləyirdi qızın barmağı.
Götürdüm üzüyü utandığımdan,
Əldən buraxmadım daha üzüyü.
Hürzadın əlini əlimə aldım,
Taxdım barmağına baha üzüyü.
Durub təbrik etdi Hürzadı hamı,
Şirin çay içildi nişan gecəsi.
Coşdu cavanların eşqi, ilhamı,
Yayıldı aləmə nişanın səsi.
Basdı sinəsinə aşıq sazını,
Söz qoşdu, söz dedi məclis əhlinə.
Mağarda ucaltdı xoş avazını,
Məclisi beləcə aldı əlinə.
Bu gün oturmuşam bəylik taxtında,
Sənin bu müqəddəs taxtın mübarək.
Bəxtinin ulduzu göz qamaşdırır,
Düyünü açılmış bəxtin mübarək.
İçimdə tığlanıb ləl ətək-ətək,
Sevinclə döyünür köksümdə ürək.
Bax bu gün yadından çıxmasın gərək,
Nişan üzüyünü taxdım, mübarək.
Qoru qismətinə düşən ulduzu,
Tarixdə az olub yazıya pozu.
Qonmasın üstünə qəm-qüssə tozu,
Kədəri qatlayıb yıxdın, mübarək...
Şəfəqdən nur alıb ayna camalı,
Bəs niyə görəsən qara qabaqdı.
Məhəbbət bağında gəzir havalı,
Düyünə düşübdür açılmır bəxti.
Gəl belə darıxma gülüzlü yarım,
Qışın oğlançağı gələrmi bahar.
Sən mənim ürəyim, əhdim, ilqarım,
Bağlı qapıları bağlayan açar.
Hər şey zühr eləyir öz vədəsində,
Vaxtında açılar düyünlər gülüm.
Vüsal güllərini öz vədəsində,
Yolunu azdırar deyənlər, gülüm.
3
Yollarına gül düzmüşəm,
Qoxla, qadasın aldığım.
Məndə olan sədaqəti,
Yoxla, qadasın aldığım.
Qız, dönmüsən aya, günə,
Gəl bir gedək göy çəmənə.
Ürəyimi verim sənə,
Saxla, qadasın aldığım.
Bülbül həsrət qalıb gülə,
Cavan ömrü vermə yelə.
Eşq evimi bilə-bilə,
Yıxma, qadasın aldığım.
Vəfasız olsan Əvəzə,
Yadlar bilib gülər bizə.
Şeytan-suqıl deyən sözə,
Baxma, qadasın aldığım.
Bir axşamçağında bulaq başında,
Bir qarı Hürzadı toruna saldı.
İfritə yol tapdı qəlbinə girdi,
Axırda ağlını başından aldı.
Turanı görmürsən gözlərin kordu,
Bir pələng biləkli, bir qurd ürəkli.
Zalımın balası uca çinardı,
Pəhlivan cüssəli, enli kürəkli.
Nə olsun qaynındı, qoy olsun qaynın,
Şikar ovlamağ qartal gərəkdi.
Sən belə fürsəti vermə əlindən,
Qisməti yeməsən çürüyəcəkdi.
Ona aşiq olur bir quru daş da,
Sən niyə mehrini salmırsan ona.
Mənim gözüm düşür ona bu yaşda,
Sən niyə məşuqə olmursan ona!
Çatdırdı özünü Turanın qarı,
Bu xəcalət nədi, tər tökmək nədi.
Bir də ələ düşməz ömrün baharı,
Həyalı qız kimi gözün yerdədi.
Hünərli olasan gərək sən indi,
Bilirəm, hələlik
əzab çəkirsən.
Qəm yemə, tezliklə Hürzad sənindir,
Verilən qisməti gərək yeyəsən.
İstəsən xoş keçər günün həyatda,
Əməl et sən mənim dediklərimə.
Ömrünə calansın sən bir həyat da,
Sevinc dostun olsun qəmin yerinə.
O, gözəl layiqdir səntək oğlana,
Ömürdə gəncliyin öz aləmi var.
Bir də doğmayacaq səni o ana,
Bir də görməyəssən süzgün baxışlar.
Küpəgirən qarı, ifritə qarı,
Turanı yolundan azdırdı axır.
Əlləşib, çalışıb yıxdı hasarı,
Kərəmə də quyu qazdırdı axır.
Yüklədi boynuna yağlı minnətdən,
Daha cəsarətli,
möhkəm ol indi.
Tezliklə Kərəmin işini bitir,
Gözəllər gözəli Hürzad sənindir.
Qarının sözləri ağlına batdı,
Nadanlıq Turanı cənginə aldı.
O şəhvət düşgünü, itən qayıtmaz,
Bir yüngül qadının əsiri oldu.
Qara zurna haray saldı,
Səhərçağı dağa, daşa.
O gözəli sevən aşiq,
Bir də baxdı qələm qaşa.
Toy başı çıxdı qabağa,
Baxdı sola , baxdı sağa.
Çal-çağırlı belə günlər,
Nəsib olsun nəzlimizə.
Ay oğlan bəyim oğlan,
Arxam, köməyim oğlan.
Allaha şükür olsun,
Yetişdi toyun, oğlan.
Mən aşiqəm pis də var,
Yaxşı da var pis də var.
Dağlamalı davan da,
Tüpürməli üz də var.
Bəyin tay-tuşları yaxşı geyimdə,
Bəyə yaraşırdı yaxşı geyim də.
Sağdış sağ tərəfdə, soldış da solda,
Gözləri qalardı qız gələn yolda.
Gəlin ər evinə ağappaq donda,
Camalı örtülü gələrdi onda.
Qurban kəsilərdi ayaqlarına,
Xına yaxılardı barmaqlarına.
Qapının ağzında boşqab qırardı,
Bəy də alma atıb onu vurardı.
Bir iman yiyəsi ağbirçək qarı,
Qənd-noğul atardı gəlinə sarı.
Göydə qapardılar dəcəl uşaqlar,
Bizə vermədilər macal uşaqlar.
Bəy gəlib rubəndi açardı bu dəm,
Qaçardı kənara kədər, qüssə, qəm.
Üzünü tutardı gül üzlü yara,
Deyərdi: -Son
qoyduq biz intizara.
Qaytar gətirdiyin büllur qabları,
Mənə büllur kimi məhəbbət gətir.
Mən səndən umuram dövləti, varı
Şan-şöhrət yerinə ləyaqət gətir.
Açsın qollarını vüsal çağları,
Bəxtimiz görməsin hicran dağları.
Qönçə dodağında təzə dağ qarı,
Qəlbində sönməyən hərarət gətir.
Qıyma eşqimizə qəm tozu qona,
Qoyma sevgimizi yetişsin sona.
Mən mərd ata olum, sən gözəl ana,
Körpə bəsləməyə dəyanət gətir.
Qırmızı lalətək allandı gəlin,
Gərdəyin dalına yollandı gəlin.
Qız evindən xonça gəldi,
Löyün-löyün, əlvan-əlvan.
Zəmin gecə eşqə düşdü,
Neçə ərgən, neçə cavan.
Meydan açdı aşıq Temir,
Nə dedisə saza dedi.
Ürəyindən keçənləri,
Bəy oğlana, qıza dedi.
Xoşbəxt olun, balalrım,
Bu dünyada, bu dünyada.
Qəlbinizdə yer verməyin,
Nə yamana, nə də yada.
Dayağınız olsun Vətən,
Yaxşı baxın özünüzə.
Yolunuzu kəsməsin çən,
Tor gəlməsin gözünüzə.
Dəyərli söz dedi təzə gəlinə,
Alnın açıq olsun, üzün ağ gəlin.
Sən tövhə gəlmisənOğuz elinə,
Çıxmasın bu evdən səs-soraq gəlin.
Çalış əl-ayağın müdam düz olsun,
Cəhd etmə sözlərin acı söz olsun.
Könlünün evində bahar yaz olsun,
Yansın otağında çılçıraq gəlin.
Zənən gərək ağzı-burnu düz olan,
Ağzından nə çıxsa xoş avaz olan.
Temirin döşündə sinəsaz olan,
Yansın yar evində gur ocaq, gəlin.
Qaynənələr xeyrinizə söz deyər,
Qaynənəmin xətrinə dəyməyin.
Yaxşı olun, qorxmayın ki, göz dəyər,
Qaynənəmin xətrinə
dəyməyin.
Əllərində gömgöy olub damarlar,
Barmaqları yüzünüzü tumarlar.
Onlar sizdən bir xoş kəlmə umarlar,
Qaynənəmin xətrinə
dəyməyin.
Cəfakeşdi sübhdən durar qaynənə
Gün çıxmamış işi yorar qaynənə
Nəvələrə hayan durar qaynənə
Qaynənəmin xətrinə
dəyməyin
Ana südü cəsarətdi
qeyrətdi
Körpələrə döşünüzdən süd verin
O süd bizə qəhrəmanlıq öyrətdi
Körpələrə döşünüzdən süd verin
Anam gəlin o çağanı əmizdir
Sənin südün təmizlərdən təmizdir
Safdır pakdır müqəddəsdir əzizdir
Körpələrə döşünüzdən süd verin
Övladları sağlam ana böyüdər
O zəhmətdən gəlməz cana böyüdər
İnək südü buzov dana böyüdər
Körpələrə döşünüzdən süd verin
Oturub gərdəkdə bəyin gözləyir
Bəzəkli – düzəkli qələm qaş gəlin
Üstünü – başını hey təmizləyir ,
Mərcan gözlü gəlin , uzun saç gəlin
Bəy gəlin yanına yollandı gecə
Həsrətlər qovuşdu vüsala burda
Balığı buraxdı suya gizlicə
Qəlbi sakitləşdi çatdı murada
Saldı qollarına boynuna yarın
Pəmbə dodaqlardan busələr aldı
Girdi ehmallıca qoynuna yarın
Yenidən dalbadal
qələbə çaldı
İlahi , necə də xoşbəxtəm dedi
Vaxt gəldi yetişdi biçildi zəmi
Elə bil yenidən dünyaya gəldim
Əridi kədərim üyüdü qəmim
Yenə müğəninin səsi ucaldı
Hər sözü ürəyə axdı yağ kimi
Çalıb oxumaqdan yeni güc aldı
Sözlər çözələndi gur balıq kimi
Sən saydığını say fələk nə sayır
Nə qanlar tökübdü bu zalım fələk
Neçə gülüstanı heşan eyləyib
Qanqallar əkibdir bu zalım fələk
Hər gün dəyişirdi Hürzadın halı
Qarnının sözləri rahat qoymurdu
Qaş- qabaqlı
olub ayna camalı
Turana sevgisi eşqi soymurdu
Kərəmdən qaçmağa bəhanə gəzir
Üz – üzə , göz – gözə dayanmır qəti
Bəzən də hikkədən titrəyib əzir
Getdikcə sönürdü ilk məhəbbəti
Burda dilə gəldi dözmədi kərəm
Sənin işlərindən çürüyür bu can
Ürəyim yaradı ciyərim vərəm
Bu dərd bədnimdən çıxmaz heç zaman
Bir vaxt məni ovsunlayıb
dilə tutan deyilsənmi ?
Qonşu qızla həmdəm olub
ara qatan deyilsənmi ?
Nur yağırdı üz – gözündən
Doymaq olmurdu sözündən
Sən çəpərin o üzündən
Qaş – göz atan deyilsənmi
Qaymaq dodaq şırmayı saç
Hörüklərin qulac – qulac
Eşqimizə bir süfrə aç
Vuran tutan deyilsənmi
Niyə solub əsmər yanaq
Nə məzə var nə kef damaq
Məni eylədin Lələdağ
Əhdə çatan deyilsənmi
Hürzad ayılmışdı öz varlığından
Bəs nə vaxt bu işin sonu olacaq
Məst idi qarının ustalığından
Harda batıb qaldı görən kor ocaq
Artıq qonşularda duyuq düşmüşdü
Niyə havalanıb bu gəlin görən
Yoxsa göy yarılıb göydən düşübdü
Kimdir ara qatan araya girən
Qaynənə quruyub naçar qalmışdı
Hansı diliyanmış söz deyib buna
Xiffətdən saralıb gül tək solubdur
Bəlkə də nə bilim göz dəyib buna
Çox dedim ki evlən oğul
Mənə də hayandı gəlin
Gecə - gündüz şölə saçan
Nurlu çıraqbandır gəlin
Bir aydı gəldiyi təzə
Nə qaldı vurmasın üzə
Bizim abad evimizə
Deyirki virandı gəlin
Qaynatanın halına bax
Yolunmuş saqqalına bax
Bəxtəvərin
qoluna bax
Sanki pəhləvandı gəlin
Hürzad yarıladı Turanı
Bu cəmdək nəyə gərək
Səndə hünər – təpər hanı
Bəy oxşaya bəyə gərək
Mən səni belə qorxaq
Ağ ürək bilməz
idim
Əzəldən də bilsəydim
Bu görüşə gəlməz idim
Bir qazanda qaynamaz
İki qoçun başı bil
Fürsəti vermək olmaz
Girəvədi naşı bil
O şəhvət düşkünü itdən qayıtmaz
Bir pozğun qadının felinə düşdü
Ülvi məhəbbətə əhdə - peymana
Xəyanət edənin əlinə düşdü
Belə bir fürsəti əldən vermədi
Qızmış gözlərini qızıl qan örtdü
Ayağı altında yeri görmədi
Keçdi içəriyə qapını örtdü
Şirin yuxudadı biçarə Kərəm
Ruhu göylərdədi şərdən xəbərsiz
Ulduzlar sayrışır əngin səmada
Ay da öz yerində yerdən xəbərsiz
O namərd dayanıb əlində bata
Söndürmək istəyir yanan ocağı
Çalışır bu qatil arzuya çatar
Poza dəmdəsgahı gözəl növrağı
Əcəl mısıdıbdı hey marıtdayır
Bir canı almağa məqam gözləyir
Bircə anı da olsa gözdən qoymayır
Döşənib ardınca onu izləyir
Bu dəm qulaqlara sədalar gəldi
Qayıt bu sevdadan qayıt amandı
Göylərdən – yerlərdən nidalar gəldi
Qayıt bu sevdadan qayıt amandı
Ogecə bir mərə yatmadı quşlar
Buluddan süzülərnarın yağışlar.
Narahat oldular hətta bayquşlar,
Qayıt bu sevdadan qayıt amandı.
Hərəkətə gəldi dəli küləklər,
Məhv olmuş arzular , nakajm diləklər.
Gəldi dəstə-dəstə hüri mələklər
Qayıt bu sevdadan qayıt amandı.
Haray kimə çatır, ün kimə çatır,
Bu qədər yalvarış ona çatmayır.
İldırım gurlayır, şimşəklər çaxır,
Bu qədər yalvarış ona çatmayır
Gəldi xəyalına Hürzadın sözü,
Yenidən canına vəlvələ düşdü.
İstədi sakitcə söndürə közü,
Həqiqət canının köksünü deşdi.
Baltanı qaldırdı , endirə başa,
Dəli tufan qopdu, ildırım çaxdı.
Tutduğun baltanı çırp qara daşa,
Qardaşın Kərəmin gündüzü yoxdu.
Aman Allah bu nə dəhşət,
Qardaşı öldürüb günaha batma.
Əcəl can almağa yaman tələsdi,
Yenə bir səs gəldi vaxtı yubatma!
Qatilin qorxudan əlləri əsdi,
Balta qalxıb enən kimi.
Baş bölündü iki yerə,
Aman Allah bu nə dəhşət
bu nə vəhşət
Qan fışqırdı hopdu yerə,
O vəhşilər canilər.
Kərəmin cəsədini bir palaza bükdülər
Aparıb samanlıqda bir quyuya atdılar,
“Arzu kama çatdılar”.
Axşamçağı hay salıb,
Kərəm itib, dedilər.
Kərəm batıb, dedilər
Çay aşağı axıtdılar,
Çay yuxarı axtardılar.
Həqiqəti gizlədərək
Xeyli müddət vaxt aldılar
Bais oldu qana Hürzad,
Belə dedi ona Hürzad
Qardaşına qəsd edən kəs,
Mənə qəlbən
sevə bilməz
Dönük çıxdı Hürzadına,
Turan qaldı yana-yana...
Комментарии
Отправить комментарий