İlahi
İlahi
Əlim ətəyindən
asılı qaıb,
Kəsirsən özün
kəs, özün, İlahi.
Boynum
qoltuğuna qısılı qalıb,
Getdikcə
azalır daözüm ,İlahi
Mən sənin sayəndə
dünyaya gəldim,
Bələndim,
büküldüm, ağladım, güldüm.
Böyüyə-böyüyə
gücünü bildim,
Yanında ağ
oldu üzüm,İlahi.
Əlim eldən
çıxıb, ünüm dağlardan,
Hər gün
sızıldayır canım dağlardan.
Göstər kərəmini
enim dağlardan,
Doymayır həyatdan
gözüm, İlahi
Qayıdan
cahana yenidən gələm,
Heç vədə əlimdən
düşməsin qələm.
Neçə dastan
yazıb söyləməliyəm.
Nə qədər
qatlanmır dizim, İlahi.
Hər vədə yek
versə umum zərdən,
Sinələr
xalidir incidən, zərdən.
Əvəz Lələdağam,salma
nəzərdən,
Sənə öyrənibdi
üzüm , İlahi.
Комментарии
Отправить комментарий