Xocalı soyqırımından 14 il keçir.


                     Xocalı soyqırımından 14 il keçir.

    Yadımdadır 1966-cı ildə Ağdüdən Ağdama hüzür yerinə gedirdik. Gorus şəhərinə 5-6 km qalmış yolun kənarında «Qaz 21» markalı bir maşın dayanmışdı. Maşında 7 nəfər başları qırxılı cavan erməni dığaları oturmuşdular. Bizim maşını görən kimi onlardan bir nəfər düşdü əlində vedrə bizim maşina tərəf gəldi maşını saxlamağı xahiş etdi. O, bildirdi ki, yanacaq qurtarıb yolda qalmışıq. Onun əlində əzilmiş 5 manat da vardı. Bizim sürücü  ondan pul götürmədi, lakin 10 l yanacaq verdi. Biz yolumuza davam etdik. Gorusun qaşına çatmamış bir qrup silahlı dəstə maşını saxlatdı təvtişə başladılar. Bir nəfər ağzından qaçırtdı ki, «Qacaran» həbsxanasından 7 nəfər dustaq gözətçini tərksilah edib silahı da götürüb qaçıblar. Onu da dedilər ki, Şirnuxuda meşənin içində «Vağo» bulağında (Soyuq bulaqda) kababxanada ailəvi əyləşən bir nəfərin maşınını götürüb aradan çıxıblar
     Biz mənzil başına çatdıq. Məhəmməd müəllim bizə danışdı ki, onlar «Vilayət» qəzetinin redaktoru Güldekyanın silahdaşlarıdırlar. Azərbaycanlıların əleyhinə qarşı təbliğat apardıqlarına görə, gizli vərəqlər yaydıqları üçün həbs olunublar. O, vərəqlərdən birini bizə göstərdi dedi:
-Bundan dəhşətli təbliğat yoxdur. Görün yazıblar?

Erməni xalqı, vaxtdır oyan,
Torpaqlarına sahib ol!
Gecəni-gündüzə qat,
Böyük «haystan» yarat.

    Şəxsən məni gülmək tutdu. Bunların başı xarab olub nədir? Sov İKP ölüb ki, onlar bu iddianı irəli sürürlər? Sən demə dığalar gələcəkdə törədəcəkləri faciələrin təməlini qoyurmuşlar.
    Məhəmməd müəllim bu əhvalatı da danışırdı. Qaradağlı kolxozunda ferma müdiri işləyən Zaven Manukyan Hamlet Qriqoryandan (qaynından) onun yerinə keçməsindən şübhələnir. Ona görə o, qisas almaq qaynının başın qatmaq məqsədiylə özünün adamlarından çoban Baqrat Arturyanı göndərir kəndə qaynının 12 yaşlı oğlu suren Qriqoryanı aradan götürməyi tapşırır. Baqrat da tapşırığı layiqincə yerinə yetirir. O, uşağı boğur öldürür sonra başına yüzlük mismar çalır, gecə ikən meyidi gətirib Kuropatkin kənd məktəbinin direktoru Ərşad Daşdəmir oğlu Məmmədovun həyətinə atır. İstintaq aparan erməni müstəntiqləri günahı Ərşad Daşdəmir oğlunun üstünə yıxırlar. Xocavənd rayonunun prokroru Akop Akopyan heç bir əsas olmadan gümanlara söykənib üç nəfər azrbaycanlını-Ərşad Məməmədovu, Tağıyev Tevon Habil oğlunu, həmin kolxozda sürücü işləyən Zöhrab adlı bir oğlanı həbs edirlər
    Ermənilərin tələbi ilə məhkəmənin qərarı «Yay teatrında oxunur. Qərar oxunub qurtarmamış ermənilər hücum edib hər üç azərbaycanlını öldürür benzin töküb yandırırlar. Cinayətkarlar sonra məlum olsa da artıq bizim soydaşlarımıza olan olmuşdu.
    Bəli, Azərbaycan xalqı çox faciələrlə üzləşib. 1905-1907-ci il erməni müsəlman davası, 1914-1915-ci il dəhşətli qırğınlar, 1918-ci il 31 mart soyqırımı, 1918-ci il daşnak liderləri Andronik Ozanyanın Zəngəzurda törətdiyi faciələr, Lalayanın Şirvandakı soyqırım siyasəti, daşnak S. Şaumyanın Bakı onun ətrafında törətdiyi qırğınlar, hamazaspın Şimal bölgəsində günahsız insanları qılıncdan keçirməsi, 1930-1939-cu il represiyalar, qırğınlar, faciələr
    1948-53-cü il soydaşlarımızın departasiyası, 1988-ci il Ermənistan SSR-dən 250 min soydaşımızın didərginliyi, 1988-ci il «İL-76» təyyarəsinin vurulması, 1990-cı il qanlı yanvar hadisəsi, 1991-ci il sülh məramlı insanların uçduğu vertolyotun erməni terrorçuları tərəfindən vurulması.
    Xocalı soyqırnımına qədər Qarabağın Kərkicahan, Meşəli, Quşçular, Qaradağlı, Ağdaban s. azərbaycanlılar yaşayan kəndlərdə erməni silahlı quldurlarının törətdikləri faciələr, terror kütləvi qırğınlar! Xocalı soyqırımından 14 il keçir. 14 ildir ki, bu dəhşətli faciə Azərbaycan xalqının yadından çıxmır çıxmayacaq da. idi o günahsız insanların günahı?

Qan gölünə döndü yerlə-göyün arası
Sağalan yara deyil Xocalının yarası.
Ehey!!! Ay qoca leylək,
Xocalıya gəlmə tək.
Gözünü yumdu mələk,
Tanrı onu görmədi.

Hanı haqqın gur səsi,
Haraylamır bir kəsi.
Qucağında körpəsi,
Tanrı onu görmədi.

Su yerinə qan axdı,
Burda qan dizə çıxdı.
Görəsən hara baxdı,
Tanrı onu görmədi.

Göydən güllə ələndi,
Torpaq qana bələndi.
Üzünə iqan çiləndi,
Tanrı onu görmədi.

Torpağın bağrı yandı,
Zülm ərşə dayandı,
Axar sular da yandı,
Tanrı onu görmədi.

Taleyin üzü döndü,
Bu ömür, gündü,
Haqqın çırağı söndü,
Tanrı onu görmədi.

Bu yel hardan əsirdi,
Ana, bala əsirdi.
Xudaya bu sirdi,
Tanrı onu görmədi.

Bəy gəlin otağında,
Arzular qucağında,
Yandı könül bağımda,
Tanrı onu görmədi.

Obada elim qaldı,
Ocaqda külüm qaldı,
Qönçədə gülüm qaldı,
Tanrı onu görmədi.

Göyün gözü qaraldı,
Göyün gözün tor aldı,
Göyün gözü kor oldu,
Tanrı onu görmədi.

Ehey! Ay qoca leylək,
Karvanını geri çək,
Dayandı min-min ürək,
Tanrı onu görmədi.

Gəlmə, aman günüdür,
Dünyanın son günüdür,
Xocalı qan gölüdür.
Tanrı onu görmədi.

Get dəstə yığ başına,
Dəm vermə göz yaşına,
Çağır qartalı gəlsin,
Quşların dalı gəlsin,

Yerdə qalsa bu qisas,
Qonaq gəlməz bizə yaz.
Nakam gedən şəhidlər,
Bizləri bağışlamaz.

    26 fevral 1992-ci ildə isə XX əsrin ən dəhşətli faciələri hesab olunan Xatın, Xirosima, Naqasaki, Sonqmi kimi insan fəlakətləri sırasına Xocalı soyqırımı da əlavə olundu.
    1992-ci ilin fevral ayının 25-dən 26-a keçən gecə erməni silahlı birləşmələri keçmiş SSR- məxsus olan o dövrdə Dağlıq Qarabağın Xankəndi şəhərində yerləşən 366-cı alayın bilavasitə iştirakı ilə 7000 nəfərə qədər azərbaycanlının yaşadığı Xocalı şəhərində 5 istiqamətdən hücum etdilər.(hücum zamanı şəhərdə 3 minə yaxın adam qalmışdı.)Xocalı şəhəri 4 aydan artıq idi ki,erməni silahlı birləşmələri tərəfindən mühasirə vəziyyətində saxlanılır,əhali tibbi xidmət ərzaq sarıdan ciddi əziyyət çəkirdi.Şəhərdə çox sayda xəstələr,yaralılar,qocalar,qadınlar  uşaqlar vardı.
    Azğınlaşmış erməni quldurları özlərinin muzdlu xarici havadarlarının köməyi ilə həmin gecə Xocalı şəhərinin yerlə-yeksan etdilər.366-cı alaya məxsus çoxsaylı ağır texnikanın köməyi ilə şəhər tamamilə dağıdıldı yandırıldı.Əliyalın dinc mülki əhali dəhşətli qırğına məruz qaldı-uşaqlar,qadınlar,qocalar,xəstələr ağılasığmaz vəhşiliklə məhv edildi.Ermənilər XX əsrin sonlarında sivilizasiyalı bəşəriyyət üçün üz qaralığı olan növbəti tarixi cinayətiXocalı soyqırımını törətdilər.Bu vəhşi aksiyada məqsəd şəhərin bütün əhalisini məhv etməkdi.Ancaq taleyin hökmü ilə bir neçə Xocalı sakini tarixə şahitlik etmək üçün sağ qaldı.
     Ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi növbəti genosid-Xocalı soy qırımı nəticəsində 613 nəfər qətlə yetirildi,1275 nəfər dinc sakin girov götürüldü.Onların 150-sini taleyi bu gün məlum deyil.Faciə nəticəsində mindən artıq dinc sakin müxtəlif dərəcəli güllə yarası alaraq şikəst olmuşdur. Qətlə yetirilənlərin 106- qadın, 83-ü azyaşlı uşaq, 70-i ahıl qocalar idi. Şikəst olanların 76- yetkinlik yaşına çatmamış oğlanlar qızlar idi.
    Bu hərbi siyasi cinayət nəticəsində 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərdən birini itirmişdir. Şəhid olanlardan 56 nəfəri xüsusi qəddarlıq amansızlıqla diri-diri yandırılmış, başlarının dərisi soyulmuş,başları kəsilmiş,gözləri çıxarılmış,hamilə qadınların qarınları süngü ilə deşik-deşik edilmişdir.Təsəvvür etmək belə çətindir ki,tarixdə analoqu olmayan belə qəddarlıq vəhşilik insan tərəfindən törədilmiş, XX əsrin sonunda, dünyanın gözü qarşısında baş vermişdir. Soyqırım hadisəsindən sonra cinayətin baş verdiyi yerdə olmuş fransız curnalisti Con İv Yunet demişdir: «Mən müharibələr haqqında Alman faşistlərinin qəddarlığı haqqında çox eşitmişəm. Ancaq ermənilər 5-6 yaşlı uşaqları mülki əhalini öldürməklə onları ötüb keçiblər». «İzvestiya» qəzetinin müxbiri V. Belıx yazmışdır ki, Xocalı hadisələri zamanı gözləri oyulmuş, qulaqları kəsilmiş, qafa sümükləri çıxarılmış, başları kəsilmiş meyitləri öz gözləri ilə görmüşdür.
    Azərbaycan Müdafiə Nazirliyi tibbi xidmətinin rəisi Xanlar Hacıyev xidməti işi ilə çox ölüm əzablarla qarşılaşsa da, Xocalı hadisələri zamanı törədilmiş vəhşiliklərdən dəhşətə gəlmişdi. Donmuş qızın üzünün bıçaqla kəsilməsi, döyüşçünün bağırsaqlarını çıxararaq qarışdırılması bu cür vəhşiliklərə misaldır. Mayor Leonid Keroveç 200 meyit müşahidə etdiyini, onunla bir yerdə olan polis nəfərinin 4 yaşlı uşağının meyitini tapıb başının əzildiyini gördükdə ağlını itirməsinin şahidi olmasını söyləmişdir.
    Moskva «Memorial» hüquq müdafiə mərkəzinin Xocalı şəhərinin işğalı zamanı insan hüquqlarının kütləvi pozulması faktları barədə məlumatlarında göstərilir. «Qaçanlar ermənilərin pusqusuna düşmüş güllə boran edilmişlər… 4 gün ərzində Ağdama 200 meyit gətirilmiş, onlarca meyitdə təhqirə məruz qalma əlamətləri olmuşdur. 4 meyitin başının dərisinin soyulduğu 1 meyitin başının kəsildiyi qeydə alınmışdır. Ağdamda 181 meyit (130 kişi 51 qadın, o cümlədən 13 uşaq) dövlət məhkəmə tibbi ekspertiziyasından keçirilmişdir. Ekspertlərin rəyi ilə müəyyən etmişdir ki, 151 nəfərin ölümünə güllə yaraqları, 20 nəfərə qəlpə yaraları səbəb olmuş, 10 nəfər küt alətlə vurulmaqla öldürülmüşdür. Ağdamda sanitar qatarının qeydiyyat curnalında qeydiyyatdan keçirilənlərin 598 nəfərində xəsarət donma faktları müşahidə olunmuşdur. Orada diri adamın baş dərisinin soyulması qeydiyyata alınmışdır. Ermənistanın Azərbaycana təcavüzü nəticəsində minlərlə insan həyatdan məhrum edilmiş, şikəst olmuş, 953 yaşayış məntəqəsi dağıdılıb talan edilmiş, mülkü əhalinin ümumi sahəsi 9 milyon kvadrat kilometr olan mülkləri dağıdılıb, yandırılmışdır. Dağıdılmış əmlakı yandırılmış yaşayış evlərinin ümumi dəyəri on milyardlarla dollar həcmindədir».
    O dəhşətli anları yadıma salanda içim göynəyir, odsuz-alovsuz yanıram, tüstüm təpəmdən çıxır, Allah! Xalqımın, millətimin dərdi böyükdür, Allah! Xocalı faciəsi ən ağır yükdür, Allah!

Hansı cəllad, baş kəsən,
Hansı qəddar, qan içən,
Ürəklərə dağ çəkən
Verdi dağıt hökmünü.
Buludlar qan ağladı,
Çaylar matəm saxladı
Xocalı gedən günü.

Göylərin gözü doldu,
Könlümün gülü soldu,
Torpaq qanla sulandı,
Yarpaq qana bulandı,
Xocalı gedən günü.

Yada möhtac olanlar,
Gözləri ac olanlar,
Diz çöküb alçalanlar
Od vurdular ocağa,
Beşikdə susdu çağa,
Arzum içimdə yandı,
Axar sular dayandı
Xocalım gedən günü.

Namusum tapdalandı,
Dərdimə dərd calandı,
Xanımanım talandı,
Xocalı gedən günü.

Köksümdən qopardılar,
Sevincimi, dərdimi.
Kəsdilər, doğradılar,
İgidimi, mərdimi.
Torpağı şumladılar,
Hissimi damladılar,
Tarixin sinəsinə,
Sağalmaz dağ basdılar.
Yuxulu körpələrin
Başlarını kəsdilər.
Hamilə qadınları,
Nizələrdən asdılar
Bakirələik, təmizlik
Əlmizdən alındı
Qeyrətimiz tutulub
Zindanlara salındı.
Neçə-neçə toy bəyi
Alışdı, yandı, söndü.
Neçə qızın başından
Gəlinlik tacı endi
Xocalı gedən günü.
Günahsız insanların
Bu tökülən qanların
O toysuz cavanlarınc
Dərdi böyükdür, Allah.
Xocalı faciəsi
ağır yükdür, Allah?

                         Əvəz Mahmud Lələdağ.







Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

SƏN MƏNİ SEVMƏDİN MƏN SƏNİ SEVDİM KITABINDAN ŞEİRLƏR

Əvəz Mahmud Lələdağ Şeirləri