Сообщения

Zəhmət ətri

Изображение
Zəhmət ətri Məni heyran etdi kəndçi vüqarın Ilkinlik, kəndçilik yaraşır sənə. Dillərdə dolaşır sözün, söhbətin Ürəkdən bağlısan doğma Vətənə. Əlindən süzülür zəhmət ətiri, Bağrına basıbdı bu dağlar səni. Qırçıın cığırların qırçın sətiri, Açıb qollarını qucaqlar səni. Baxıb zövq alırsan güldən, çiçəkdən Sular layla çalır xumarlanırsan. Gözünü çəkmirsən boz biçənəkdən Sən həyat eşqiylə alovlanırsan. Əlindən süzülür zəhmət ətiri, Bağrına basıbdı bu dağlar səni. Qırçıın cığırların qırçın sətiri, Açıb qollarını qucaqlar səni.

Getdi

Изображение
Getdi Içimdə cücərir vətən arzusu, Yenə yolum düşə ögəm torpağı. Yenidən çağlaya bulaqlarda su, Qızlar suya gələ hər axşam çağı. Səhənglər söykənə bulaq daşına, Gülüşlər qarışa buz kimi suya. Yenidən söz atam könül quşuma Sevincdən yüksələ Günəşə, Aya. Çəpərdən boylana yenə qonşu qız. Qaytarmaq çətindi o şən günləri. Nazlı çiçək kimi soldu eşqimiz Itirdim bəxtimə düşən günləri. Getdi cavanlığın coşqun çağları, Gözəllər gəlmirlə çeşmə başına. Saxlaya bilmədik buz bulaqları, Səhənglər söykənmir bulaq daşına.

DÖYÜŞ ARZUSU

Изображение
DÖYÜŞ ARZUSU Nuhun səsi gəlir İşıqlıdağdan Babam işıq görüb, burda dağ görüb. Gözəldağ səsləyir bizi uzağdan Neçə nəsilləri bu torpaq görüb. Bu dağda saz çalıb dədəniz Qorqud, Yalyurdda yaylayıb dəli Xaqnçoban. Kimlərdən qalıbdı bizlərə bu yurd, Burda pərvazlanıb neçə qəhrəman. Burda kişnəyibdi, şahə qalxıbdı, Yaxşı kişiləri, yaxşı atları. Düldülü, Qıratı, Dürat, Bozatı, Biz də unutmayaq gərək onları. Burda Alapaça yetib Qırata Koroğlunu suya basıb Mustafa Burda ər oullar çatıb murada Burda namərdləri asıb Mustafa Bu hicran karvanı uzanıb gedir, Yollardan çəkilmir qatı duman, çən. Qartal oylağında bayquş sehr edir, Bizi haraylayır anamız vətən. Bizi haraylayır Arzubulağı, Çəkir ağuşuna Göbəkdaş məni. Yolumu gözləyir Hacının bağı, Itirib axtarmır o sirdaş məni. Zarıyır nənəmin küllənmiş sacı, Yanıb külə dönüb yazın təzəyi. Yağının şərbəti acıdan acı, Kim bizə tapşırıb bu gözləməyi? Bizi haraylayır gecə Gülbağı,

Qızım

Изображение
Qızım Dilimin əzbəri, sözümün canı, Doğma vətən oldu, bir də mən, qızım. Ömür yora-yora altmışa çatdın Istərəm çatasan yüzə sən, qızım. İnamla yaratdın, həvəslə qurdun, Yurdun keşiyində mərdanə durdun. Yağının arzusun gözündən vurdun, Əhsən bu əmələ,əhsən, qızım. Zəhmət həmdəmindir, əmək sirdaşın, Bu həyat eşqidir hər vətəndaşın. Namərdin başına düşdü mərd daşın, Səni sarsıtmadı duman-çən qızım. Əlin qələm tutan, dilin söz deyən Hər kəsin üzünə sözü düz deyən Fikri hamarlayıb tərtəmiz deyən Gileydən, güzardan sən gensən, qızım. Milləti sevirsən, dili sevirsən Ömürdə şən keçən ili sevirsən. Çiçəyi sevirsən , gülü sevirən Həm də güc alırsan çiçəkdən, qızım. Sən mənim ilkimsən, ilk anaşımsn, Coşqun gəncliyimsən, cavan yaşımsan. Yazımsan, yayımsan, payız- qışımsan, Arzum-niyyətimsən, gülümsən, qızım. Nə dərdlər çəkmişəm mən için- için Əlimdən düməyib nə dəryaz, nə çin Övlad böyümüsən el- oba üçün, Şükürlər olsun ki, n

Səninlə öyünsün Vətən

Изображение
Səninlə öyünsün Vətən Yolun hamar olsun, mənim Uğurum, Çıxmasın qarşına qatı duman, çən. Bəylik mağarını mən özüm qurum, Səninlə öyünsün anamız Vətən, Çıxmasın qarşına qatı duman, çən. Sənin varlığın şükürlər olsun, Inan gəlişinə sevindi hamı. Qaynar həyatında xoş günlər olsun, Millət səndən alsın coşğun ilhamı, Inan gəlişinə sevindi hamı. Arzum- niyyətimsən, əhdim, ilqarım, Tez böyü, əlimdən tutan gərəkdi. Yadların əliylə talandır varım, Haylasan harayıma çatan gərəkdi, Tez böyü, əlimdən tutan gərəkdi. Ağlın, kamalın var, şirin dilin var Şirin söhbətindən doymaram, Uğur! Yerin var, yurdun var, doğma elin var, Səni eldən kənar qoymaram, Uğur, Şirin söhbətindən doymaram, Uğur! Məcli – mərəkəyə sən yaraşıqsan, Ataya, anaya arxa, köməksən. Babanın gözündə nurlu işıqsan, Nənənin köksündə vuran ürəksən, Ataya, anaya arxa, köməksən.                                      (   02.08. 2018)

Ay gözəl

Изображение
Ay gözəl Eşqin məni edib dəli-divanə Qənşərə çıx səni görüm, ay gözəl. Yan-yörələr eşitməsin səsimi Göz-qaş ilə salam verim , ay gözəl. Qadan alım, qəmli baxma üzümə Odlu baxış axıb dolsun gözümə. O baxışdan hünər gəlsin dizimə, Qəm-kədəri yerə sərim , ay gözəl. Qurban olum səni doğan gəlinə, Əl uzadım, əlini ver əlimə. Nəfəsimlə sığal çəkən telinə, Qoynundan narı dərim, ay gözəl. Əvəz deyir, canım sənə sadağa, Məni yorub bu izləmə, qadağa. Gəl qoşulub qaçaq burdan uzağa Qoy şən olsun görüş yerim , ay gözəl                                                                ( 2018   )

Gəlmədin

Изображение
Gəlmədin Heç bilmədim başın nəyə qarışdı, Tut sovuldu, alça dəydi, gəlmədin. Dedim tez gəl ev-eşiyi yığışdır Zalım fələk məndən əydi, gəlmədin Axşam- sabah çox gözlədim yolunu Kimsə gəlib soruşamdı halımı. Ahıllıq da heydən saldı qolumu, Bir nadan qəlbimə dəydi, gəlmədin. Günlərimin səfası az, dərdi çox, Əqyar gəlib güllərimi dərdi çox Yola baxmaq gözlərimi yordu çox, Hicran qapımızı döydü gəlmədin. Əvəz səni harayladı, çağırdı, Ayrılığın yükü dağdan ağırdı. Taleh səni həsrət ilə yoğurdu, Həsrətin qəddimi əydin, gəlmədin.

Nə deyim

Изображение
Nə deyim Zehinim korolıb, yaddaşım itib, Yadımda qalmayır dünən yediyim. Neçə dostum itib, sirdaşım itib Sənə aiddir dostum, dediim. Gözlərim elatın yolunda qalıb, Qocalıq əsası əlimdə qalıb. Yara söylədiyim dilimdə qalıb Qalıb yad əllərdə bərəm, gədiyem. Həvəsim, düşüncəm atından enib, Indi o çağlarım xəyalə dönüb. Təndirim qaralıb, ocağım sönüb Çoxdandır buğlanmır, “ Çəkməm”, Hədiyem. Həsrətin yolları uzandı, getdi, Yadlar xeyli yatır qazandı, getdi. Namərd yaman dandı düz andı, getdi Günahkar özüməm, kimə nə deyim!               Əvəzdi,                                               ( 2018 )

Düşübdü

Изображение
Düşübdü Bilmirəm hardansa gülşən bağına, Gəlib bir acımış naşı düşübdü! Gülün ləçəyini əzib tökübdü, Qönçənin zərbədən qaşı düşübdü. Dözmək olmur bu naşının dağına Baxmayıbdı o soluna, sağına Təzəcə açılmış gül yanağına Bülbülün gözünün yaşı düşübdü. Gələn dərd yenə də Əvəzə gəldi, Nə könlü açıldı, nə üzü güldü. Lələdağ yazığ da indicə bildi, Başına haranın daşı düşübdü.                                                                                                                (2018)

Qızım

Изображение
Qızım “ Hanı, məni bir qaqa qoqqudu...” Gücün ağlamağa çatırdı, qızım. Sənin kiçik bacın taxtın üstündə, Xəbərsiz, ətərsiz yatırdı, qızım. Təzə don geyimli toya gedərdin, Qonşuda hay olsa, haya gedərdin Səhəngi götürüb suya gedərdin, Üst-başın abırlı batırdı, qızım. O dağların zirvələri qarıdı, Mənim yaşım yavaş-yavaş qarıdı Nənən, baban, atan,anan varıdı Onlar mərdlik tumu satırdı, qızım. Gərdiş zurnasını hələdə çalır, Dünyanın sirləri sirr kimi qalır Niyə övladların sayı azalır, Indi ayğır atlar qatırdı, qızım. Vaxt çatıb, az qalıb dünyadan köçəm, Əcəl şərbətini doldurub içəm. Bütün övladlarım, nəvəm, nəticəm Əvəz Lələdağa yatırdı,   qızım!                                                                                                                ( 2018 )

Üçün

Изображение
Üçün Nanə yarpağı tək əsir ürəyin, Suyu   diş göynədən bulaqlar üçün. Inanın burnumun ucu göynəyir Qoyunlu , quzulu yaylaqlar üçün Sürülər otlardı Yağlıgüneydə, Xoş hava çalardı çobanalr neydə Indi köç eləmir kasıb da , bəy də, Mənsə darıxıram o dağlar üçün. Yurddan ayrıldığım 30 il olar Içimdə çürüdü şirin arzular. Nə bir alaçıq var, nə bir oba var, Könlüm qan ağlayır o çağlar üçün Baldırqanlıgözəl gözləmir məni Qonşuqız kölgə tək izləmir məni. Şükürbəyli hələ səsləmir məni, Ocaq-daşı üçün, ocaqlar üçün Çoxdandır getmirəm o həndəvərə, Yəhərdə qoymuram kürən kəhərə Gözü yolda qalıb Yarpızlıdərə Əvəz, can atıram Çaylaqlar üçün.                                                      ( 2018)

DAĞLARIN

Изображение
DAĞLARIN İqlimi dəyişib, çəni görünmür, Döyür təğəsinə dolu dağların. Sünbül vəqəniyib, dəni görünmür, Çoxdandır süzülmür balı dağların. Heç vədə kəndimə vida deməzdim, Qalsın varım-yoxum yada, deməzdim, Karvansız cığıra Cada demzədim, Görünür yüklənmir kəli dağların. Yağlı örüşlərdə sürü görünmür Işıqlı dağının piri görünmür Yaş əldən çıxıbdı, quru görünmür Sağına gəlməyir malı dağların. Məni bağışlamaz o təpə, o dik Şair gözlərini yollara ha dik. Buğlanmır bulama, bişməyir hədik, Orada dəyişir halı dağların. Niyə açılmayır bağlı yolları, Məni qucağlamır geniş qolları Yalçın qayaları, hamar salları. Düşməsin çovğuna kolu dağların. Unuda bilmirəm o zamanları, Unuda bilmirəm Xançobanları! Gələ igidləri, qəhrəmanları, Çəkə keşiyini ulu dağların.                                                  ( 2018 )

Tövsiyyənamə

Изображение
           Tövsiyyənamə Oğlum, sözlərimə yaxşı qulaq as, Sənə söylədiyim faydasız olmaz. Gəlmişdim, getməyə hazırlaşıram, Mən köçsəm dünyadan, dünya dağılmaz. Bir əziz gecədə mən rüsxət aldım, Gövhər mücrüsünə zər açar saldım. O dəmdə qanına qarışdı qanım, Haqqın dərgahına qalxdım, ucaldım. Aşiq vüsalına yetişən zaman, Bir damcı şeh düşür məst olur canan. Şehlə gül görüşür, sən hikmətə bax, Şehdən də yaranır yaradan insan. Bir əziz gündə də gəldin dünyaya, Heyran-heyran baxdın Günəşə, Aya Qaranlıq aləmdən qurtardı canın, Boylandın dənizə, kükrəyən çaya. Gözümə nur gəldi, qoluma qüvvət, Allahdan verildi yenə bu qismət. Səni bəduğurdan tanrı qorusun, Yaradan göndərib mənə qənimət. Sən hələ uşaqsan,   gözümün nuru, Şəffaf su kimisən durudan duru. Sənə həmdəm olan oyuncaqları, Bacar yad ünsürdən sən özün qoru. Hələ seçəmməzsən yaxşını pisdən, Buludu dumandan, tüstünü hisdən. Sərrafı olmasan ayırmaq çətin, Gümüşü qızıl