Amandı


Amandı

Yağışın gur, selin azğın,
Dağlar, amandı, amandı.
Yana döndər selin ağzın,
Çağlar, amandı, amandı.

Arzularım qönçədədi,
Sar nə bilir qönçə nədi?
Gülşənimə qan çilədi,
Əğyar, amandı, amandı.

Buzovyalı duman alıb,
Çən sürünüb, izi qalıb,
Bağbanını itik salıb,
Bağlar, amandı, amandı.

Hanı sənin sıx dumanın,
Yolu kəsilmir yamanın.
Yar olmağa yox gümanın,
Ağyal, amandı, amandı.

Sən Əvəzi sanma naşı,
Nadan saldı bu savaşı.
Ömrün yazı, yayı, qışı.
Ağlar, amandı, amandı.

Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri