Anasız Dünya

  Anasız Dünya

Bağlanıbdır yollarım,
Solubdur növbaharım.
Demə fikrim,xəyalım,
Ana,səndən uzaqdır.


Sən qəlbimin sözüsən,
Yanan ürək sözümsən,
Arzumsan-diləyimsən,
Kövrək sətirlərimsən.


Ana,səndən yazmasam,
Rahat olmaz ürəyim.
Səni düşünməsəm mən,
Dolmaz heç vaxt gözlərim.


Quşlara söz qoşanda,
Qatarlaşar yol eylər.
Gözündən gözlərimə,
Damla-damla yaş axar.


Ana,sənsən dərdimdə,
Şerim də,qəzəlimdə.
Harda olsam fikirli
Dayanırsan gözümdə.


Hər vaxt yazmaqdan ötrü,
Çox darıxır ürəyim,
Səni dindirmək üçün,
Vuruşuram beyinlə.


Ana,ağlar gözümsən,
Harayımsan-ahımsan.
Gec-gündüz sönməyən.
                                    İsti bir ocağımsan.                                                                          

Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri