Mən


 Mən
Ömür keçib ,yaş qarıyıb
Dirənmişəm yoxuşa mən
Susuzluqdan bağ quruyub
Tamarzıyam yağışa mən

Evdən çölə çıxammıram
Dərdi ,qəmi yıxammıram
Nə müddətdir baxammıram
Xumarlanan baxışa mən

Gözlərimin nuru gedib
Yaş azalıb quru gedib
Nə gedibsə duru gedib
Bənd olmuram çox işə mən

Qürbət eldə Əvəz ölməz
Vətənsizin üzü gülməz
Ürəyimə təpər gəlməz
Çatammasam “Naxışa” mən


Комментарии

Популярные сообщения из этого блога

SƏN MƏNİ SEVMƏDİN MƏN SƏNİ SEVDİM KITABINDAN ŞEİRLƏR

Sumqayıt haqqında şeirlər

«Vağzalı»nı bir də çal