Düşübdü


Düşübdü
Bilmirəm hardansa gülşən bağına,
Gəlib bir acımış naşı düşübdü!
Gülün ləçəyini əzib tökübdü,
Qönçənin zərbədən qaşı düşübdü.


Dözmək olmur bu naşının dağına
Baxmayıbdı o soluna, sağına
Təzəcə açılmış gül yanağına
Bülbülün gözünün yaşı düşübdü.

Gələn dərd yenə də Əvəzə gəldi,
Nə könlü açıldı, nə üzü güldü.
Lələdağ yazığ da indicə bildi,
Başına haranın daşı düşübdü.
                                                                                                               (2018)

Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri