Getdi


Getdi
Içimdə cücərir vətən arzusu,
Yenə yolum düşə ögəm torpağı.
Yenidən çağlaya bulaqlarda su,
Qızlar suya gələ hər axşam çağı.

Səhənglər söykənə bulaq daşına,
Gülüşlər qarışa buz kimi suya.
Yenidən söz atam könül quşuma
Sevincdən yüksələ Günəşə, Aya.

Çəpərdən boylana yenə qonşu qız.
Qaytarmaq çətindi o şən günləri.
Nazlı çiçək kimi soldu eşqimiz
Itirdim bəxtimə düşən günləri.

Getdi cavanlığın coşqun çağları,
Gözəllər gəlmirlə çeşmə başına.
Saxlaya bilmədik buz bulaqları,
Səhənglər söykənmir bulaq daşına.

Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri