Haqq yerini tapacaqdı


 Haqq yerini tapacaqdı

Tale mənə yar olaydı,
Qırçın-qırçın cığırlarla.
Dırmaşaydım Ağbulağa,
Sinə sazı kökləyəydim.
Söz qoşaydım Ağbulağa.
Dizlərimi qatlayaydım,
Öpəydim buz dodağından.
Şehli şehli gül dərəydim.
Mıxtökənin yanağından.
Sağ əlimi günlük edib
Boylanaydım əriməzə.
Əyrigərdan qar götütüb
Yollanaydım Qoruqdüzə
Qonqal düzdə at oynadır,
Boynu bükük bənövşələr
Fağır-fağır baxır bizə
Kim qarğayıb bəxtimizə?
Kim yükləyib dərd yükünü
Yurdumuzun kürəyinə
Kim dürtübdür xəncərimi
Ümüdümü urəyinə
Yas içində nərgiz solur,
Hikkəsindən Yalyurd yanır.
Bu ədavət, bu xəyanət
Bizdə yoxdur
Bu əyrilik saxtakarlıq,
Düzdə yoxdur
Belə hallar ,
Zatı qırıq olanlarda gözə dəyir.
Həqiqəti dananlarda gözə dəyir
Bu yaylaqlar, buz bulaqlar,
Uca dağlar mənim olub
Dost dediyim namərd oğlu
İndi mənə qənim olub
Bulağlar da nifrət edir
Dostluğa kəc baxanlara.
Bu dağlar da nifrət edir.
Evimizi yıxanlara.
O nifrətlər,
Qəzəb olub kin olacaq
Şimşək kimi çaxacaqdır,
Vulkan kimi püskürəcək.
İldırım tək tökülərək.
Yağıların təpəsinə.
Bütün dünya səs verəcək
Ədalətin haq səsinə
Azad nəfəs alacaqdır
Mənim doğma yurdum yenə.
Gül-çiçəkli çəmənlər də
Qucağını meydan kimi acaqdır
Tale bizə yar olacaq.
Haqq yerini tapacaqdır.


Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri