Atalardan qalandı


Atalardan qalandı

Bu gərdişdə yazan da var, pozan da,
Yazan insan, pozan şeytan olandı.
“Fürsət əldə ikən yaxşılıq eylə”,
Bu hikmət də atalardan qalandı.

Yazan hörmət, pozan nifrət qazandı,
Namərd adam ayaq altı qazandı.
Nakəslər də düzü əyri yozandı,
Şər xeyirə qalib gəlməz, yalandı.


Bu dağlarda baş əymişəm hər daşa,
Baş əymişəm Qoşundaşa, Pirdaşa!
Doğma qardaş xain çıxdı qardaşa,
Yazıq Yusif qəm oduna qalandı.

Adam var ki, riyakardı, xəbisdi,
O duyammaz nə yaxşıdı, nə pisdi.
Üzdə mələk, daxilində iblisdi,
Belələri çox zəhərli ilandı.

Allah bizi beləsindən qorusun,
Naşıların gülləsindən qorusun.
Nadanların tələsindən qorusun,
Bu diyarda tələ quran kalandı.

Axşam yatdıq, səhər durduq şəst ilə,
Salamlaşdıq, necə-necə dost ilə.
Allah deməz, sən Əvəzə qəsd elə
Qəsd edənlər ürəyi daş olandı.

Комментарии

Популярные сообщения из этого блога

SƏN MƏNİ SEVMƏDİN MƏN SƏNİ SEVDİM KITABINDAN ŞEİRLƏR

Sumqayıt haqqında şeirlər

«Vağzalı»nı bir də çal