Sözə Baxmadım


Sözə Baxmadım
Babam dedi yağıya
Fürsəti vermə, bala
Gedib özgə bağından,
Yad gülü dərmə, bala

Yad güldə ətir olmaz,
Yad gülə bel bağlama.
O səni yurdda qoysa,
Yana-yana ağlama.

Yad gülün ləçəyindən,
Paxır yağır, pas yağır.
Yad gülün əlləriylə
Başımıza daş yağır.

Başım yaman qarışdı,
Dananı verdim qurda.
Var-yoxum talan oldu,
Boylandım quru yurda.

Düşmən qəsdinə durdu ,
Tökdü günahsız qanlar.
Yurdundan, yuvasından,
Perik düşdü insanlar.

Gavur amansız oldu,
Kəsdi bəndi,bərəni.
Oğru doğruya çıxdı,
Yandırdılar görəni.


Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri