Dirilik suyu


Dirilik suyu
       
        Su həyatdır,təmizlikdir,gözəllikdir.Su yanğını söndürən,ürəyi sərinlədən,gözü işıqlandıran,dizə taqət,qola qüvvət verəndir.                     
    Su dirilik çeşməsidir,ümid yeri,inam yeridir.Biz Novruz bayramında sübhdən durub su üstünə gedirik «bütün azar bezarlarımızı suya» axıtmaqla təsəlli tapır,rahatlanırıq. İnsanlar bəzi hadisələri suyu sovulmuş dəyirmana     bənzədirlər.Xəcalətdən tərləyən,kələyi baş tutmayan  adama «suyu tökülə-tökülə qayıtdı» deyirlər.Filankəs sudan götür,sudan qoy vəziyyətdədir.Dostların həmrəy olmasını «su axar çuxurunu tapar»ifadəsi ilə təsdiqləyiblər.Su yer altından yer üstünə çıxan sərvətdirDərdlərin dərmanıdır.
     « Kitabi-Dədə Qorqud»da su müqəddəs sayılıb,suya inam olub.Sərkərdə Salur Qazan evi yağmalananda o, öz evini sudan xəbər alır,su ilə dərdləşir.Təsadüfi deyil ki,kainatda hər şeyin başlanğıcı su hesab olunur.
      Respublikamızda müalicəvi əhəmiyyətli sular çoxdur.Masallı,Lənkəran,Kür-    dəmir,Xudat,Kalba,Nabran bölgələrində istisu mənbələri insanlara çoxdan bəllidir. Lakin insanların dana çox ürəkdən inandıqları Qubanın Xaltan kəndi yaxınlığında yerləşən Xaltan istisuyudur. Uca dağların,yalçın qayaların qoynunda yerləşən bu möcüzəli şəfa ocağına ildə on minlərlə adam böyük inamla gəlir,şəfa tapır,sevinə-sevinə geri qayıdır Qayaların sinəsindən süzülüb gələn istisu 48-52 dərəcə istiliklə üzə    çıxır. Bu müqəddəs,möcüzəli şəfa oçağına Azərbaycanın müxtəlif bölgələrindən Xaçmazdan, Kürdəmirdən,Sabirabaddan,Ağsudan,Qobustandan, Şamaxıdan, Əli  Bayramlıdan, Qubadan,Bakıdan,Sumqayıtdan sairə bölgələrdən hər il yay mövsümündə saysızhesabsız insan axışıb  gəlir, dərdlərinə əlac tapır razılıqla qayıdıb evlərinə gedirlər.
      Respublikamızda müalicəvi əhəmiyyətli sular çoxdur.Lakin bəzən o suları öz keyfiyyətindən uzaqlaşdıran da olur.
     «Dünyada min dərd var,min bir dərmanı»deyib ulularımız,loğmanlarımız,  təbiblərimiz.Bircə qalır ki,dərdin dərmanını tapmaq
      Mən oraya çox ağır vəziyyətdə,lakin inamla getdim.Dağların arasında Xaltan çayın hər iki sahilində olan «isti su»insanlara ta qədim zamanlardan bu günə qədər şəfa verməkdədir.Dəvəçi Quba rayonlarının sərhədi sayılan bu İstisuya getmək asan deyil.Çay yuxarı qayaların,daşların, üstü ilə maşın bir növ «tullana-tullana»gedir.Xaltan İstisuya Siyəzəndən qalxıb Qalaaltına dönmədən Dağquşçuya gedən  yolun sağı ilə irəliləyirsən.Sellərin-suların yuyub apardığı,ancaq daşları  qalan yolla getmək çox da asan başa gəlmir.Lakin şəfa tapmaq inamı biləyindən    yapışır,səni İstisuya aparır.
       Mən dostum,yazıçı Famil Qaracalı(Süleymanov)ilə o dirilik suyuna,şəfa tapmaq üçün gedirdik
    Bir qədər tarixə səyahət edək.
    Yaşlı adamlarla,daha doğrusu o ərazidə yaşayan sakinlərlə söhbət zamanı çox mətləblər açıqlandı.Aydın oldu ki,Quba xanı Fətəli xan da bu müqəddəs  şəfa ocağı-nda istirahət edib,müalicə alıb.

      Şah Abbasın 1603 –cü ildə azərbaycana gəlişi zamanı şahın əsgərləri yara tökür sağalmaq bilmir Gümrü mahalında adlı-sanlı,təbib-loğman olan Şeyx Zeyid baba     olur.O,şahin müşgül işə düşdüyünü eşidir durub gedir şahın hüzuruna;
     ---Şah sağ olsun, filan dərədə bir istisu var.Su sərt qayalardan süzülüb gəlir. Yaranan gölməcəyə yaralı heyvan-quş girir,sağalır.Siz əsgərlərinizi o suya gön-   dərin. Şah Şeyx Zeyid babanın sözü ilə əsgərləri o İstisuya göndərir, onlar suda çimir olurlar anadangəlmə
     Şah Abbas Şeyx Zeyid babanın bu xeyirxah işini yüksək qiymətləndirir Gümrü   mahalını vergi verməkdən azad edir.Şah əmr edir ki,o suyun üstündə bir kümbəz ti-   kilsin.Kümbəzin palçığı yumurta əhəngdən düzəldilir Daştağbəndlərdən ibarət olan kümbəz Şərq üslubunu çox xatırladır.Kümbəzin içərisində su buxarlanır,lakin buxar suya çevrilib geri qayıtmır.Kümbəzin üstündə hər iki tərəfdən ağzı olan tünel kimi yeraltı cığır var.Ora «Çilxana» deyirlər,haqqa inam hiss olunur.Burada uşaqları olmayan qadınlar(gəlinlər)yeraltı cığırın bu başından girir,o biri başından çıxırlar.Lakin burada bir qəribəlik var.Gəlini böyük təmtəraqla,alqışlarla,dualar-  la Çilxanaya yola salır qaşılayırlar.Adam xalqın inamına,milli adət-ənənəsinə əh-     sən deyir.Bu həndəvərdə çoxlu ilan sürünür.Lakin insanlara ziyan vermir,çünki bura    həm müqəddəs ocaqdır. «Pirəkəkil»baba burada dəfn olunub,onun kümbəzi ziyarətgahdır.
      İnsanlar niyyət edir,ora gedir,nəzir verir,niyyətləri hasil olur.Burada diqqəti cəlb edən bir cəhət odur ki,qayalardan süzülüb gələn bu qaynar su bir neçə dərdin məlhəmidir.Bədəndə olan yara,səpki,dəri xəstəliyi,sarıyara,mədə-bağırsaq,12 bar-        maq bağırsaq,bütün oynaq ağrılarını,qan təzyiqini,şəkər,göz,burun-qulaq,qotur xəs- təliklərini sağaldır.
      Qotur dedim nənəmin dedikləri yadıma düşdü:
                                             Qoturam, ay  qoturam,
                                             Qotur qoymur dinc oturam.
                                             Qaşıyıram qanım çıxır,
                                             Qaşımıram canım çıxır.
      Bir qəribəlik odur ki,bu İstisuya gedən həkim məsləhəti ilə yox,inamla,şəfa tapmaq inamı ilə gedirlər.
      Burada göz bulağı,qulaq bulağı,qotur bulağı bir mehr bulağı adamın diqqətini cəlb edir.Ən maraqlı bulaq Mehr bulağıdır.Dağın döşündə sürüşkən bir yerdir.Ora çıxmaq qədər asandırsa,düşmək o qədər çətindir.Bu bulaq sevgililəri bir-birinə mehrləndirir,onlar elə mehriban olurlar ki,aralarından su keçmir.
      Möcüzədir.52 dərəcə istiliklə çıxan su ayaqlarını yandırır,içirsən ağzını yandır-  mır,elə bil soyuq su içirsən.Qayadan süzülən bu şəfa suyu ilə araları metr yarım olan     sahədən bumbuz su çıxır.O suya yaxın kənddə yaşayan Hacı Əhməd,Molla Murad danışırlar ki,bir vaxt biz yumurtanı o kaha kimi yer olan suda bişirirdik.Nurani qocalar göstərdilər ki, kümbəzin içində iki çərhovuz var imiş.İki qoçu gəlib burada çiməndə aşağıdakı çərhovuzda çimən qoçu yuxarıdakı çərhovuzda çimən qoçuya deyir:
        Sənin kirin mən çimdiyim çərhovuza gəlib tökülür.Sözləri çəpləşir,bir-birini xənçərləyib öldürürlər.Çərhovuzun qabağı hörülür qalır o üzdə.Bax belə . isə
       Mən dedim ki,oraya ilk dəfə çox ağır vəziyyətdə,çəliklə getdim.İki dəfə suya girəndən sonra çəliyi atdım.O sudan içərkən bədəndən tər axır,deməli qədər duz varsa tər vasitəsi ilə çıxır.Sidik kanalını,öd yollarını təmizləyir,qaraciyəri sağaldır.
HAŞİYƏ.Bir dəfə yenə Famil Süleymanovla gedirdik İstisuya.Yolda maşınımız xarab oldu.Maşina baxan usta dedi ki,bunu düzəltmək üçün 3saat vaxt lazımdır.
      Mən Siyəzəndə yaşayan dostuma zəng elədim.O,maşın göndərdi.Biz onun sürücüsünü qoyduq bizim maşının yanında.Özümüz getdik.Dostum bizi zəngin süfrəyə qonaq elədi.Maşınımız gəldi.Sağollaşıb ayrıldıq.Bizim istisuya çatmağımıza 2-3 km qalmış maşının mühərriki dayandı,maşını geri döndərdik,mühərrik işlədi.Suya tərəf döndük yenə maşın xoddan düşdü.Dünya görmüş bir nurani kişi bizə dedi:
--Bala,özünüzü yormayın ora ocaqdır.Sizə
Bəli,biz həmin günü ora gedə bilmədik,ertəsi gün rahat gedib çatdıq.Dəvəçi rayonundan bir nəfər adamı (ixtisasca həkimdir),Mirzə böyük xeyirxah görür.   Oraya yol çəkdirir,2-4 nəfərlik otaqlar tikdirir, lakin zəhməti çəkdiyi xərc bəzən  hədər gedir.Çünki yazda çay daşanda sel onun düzəltdiyi yolu dağıdır,izini itirir.Amma Mirzə ruhdan düşmür,yenə savab görür,xalqa kömək edir.
      Murad Dəhnəli (Molla Murad)gözəl şairdi,qəzəl,qəsidə,mərsiyə,qoşma,gəraylı yazır.Sübhdən durub Pirəkəkli babanın kümbəzinin yanından əzan verir,insanları mənəvi paklığa çağırır.
     Bunlarla bərabər bir qüsurumuz var.Buraya gələnlər təmizliyə riayət etmir,anti-  sanitariya yaranır.Bir təsəlli var ki,buradan axan çay yazda daşanda bir mövsüm yığılıb qalan natəmizliyi yuyub aparır,oralar təmizlənir.Çalışın təmiz olun.
     Famil Süleymanovun 2004-cü ilin may ayında ürəyində cərrahiyə əməliyyatı apardılar baldırın damarını çıxarıb istifadə etmişdilər.Baldırında at nalı boyda bir  dəri-qabıq qalmışdı,sağalmırdı ki,sağalmırdı.Getdik suya o,suya girdi çıxdı dəri-qabıq  sivrildi,düşdü.Mənə danışdılar ki,qəza nəticəsində qılçı əzilmiş bir nəfərin,Ramiz Əvəzoğlunun qılçını kəsmək istəyiblər.Lakin onu həmin suya aparıblar,su onu sağaldıb.
     Sağlam olmaq istəyirsinizsə,İstisuya gəlin!
     Mən İstisuyun möcüzəli olmasını nəzmə çəkdim.
   
                                                         İstisu
                           
                                  Yalçın qayaların bağrını yarıb
                                       Qaynayıb çıxıbdır üzə İstisu.
                                       Neçə qərinələr yola salıbdı
                                       Ərməğan qalıbdır bizə İstisu
 
                                    

                                      Gözün işlədikcə dərin dərədir
                                      «Məhəbbət bulağı»bir mənzərədir.
                                      Ora sevən gedir,sevilən gedir,
                                      Can verir oğlana, qıza İstisu.

                                      Təzyiqə,şəkərə kömək eyləyir,
                                      Mədəsi xəstəyə gəlhagəl deyir,
                                      Bədən səpgisinə xeyirdir,xeyir,
                                      Məlhəmdir qulağa,gözə İstisu.
   
                                      Oynaq ağrıları,yan ağrıları
                                      Sağalır yox olur can ağrıları,
                                      Orda itirirsən son ağrıları
                                      Dərmandır topuğa,dizə İstisu.

                                      Bir görürsən ki,qopdu vəlvələ,
                                      Evdə oturanlar daşdandı çölə.
                                      Neçə budaq sındı,qərq oldu selə,
                                      Çəkdi karvanını düzə İstisu.

                                      Hovuza düşəndə adam yan durur,
                                      O qaynar qazanı belə andırır,
                                      Ayağı yandırır,əli yandırır,
                                      Dönür ağzımızda buza İstisu.

                                      Azərbaycanımda İstisu çoxdu,
                                      O suyun dünyada əvəzi yoxdu.
                                      Şair ora getdi, günə çıxdı,
                                      Gedin,kömək edər sizə İstisu.
                               -                                                                                    
                                                                         Əvəz Mahmud Lələdağ.


Комментарии

Популярные сообщения из этого блога

SƏN MƏNİ SEVMƏDİN MƏN SƏNİ SEVDİM KITABINDAN ŞEİRLƏR

Sumqayıt haqqında şeirlər

«Vağzalı»nı bir də çal