Yadlaşıb


Yadlaşıb

Yaşın qara gəlsin ay belə əyyam,
Qohum, qardaş, əmim, dayım yadlaşıb.
Mirəhmədim, Göbəkdaşım, Yalyurdum, Çaldağım,
Şarı yerim, Bazarçayım yadlaşıb.

Dərdimi çözələ, qurtaran deyil,
Gördüyüm boran da o boran deyil.
Bura o dağ deyil, o aran deyil,
Tütəyim yadlaşıb, neyim yadlaşıb.

Tapın Xəlyəddini, Ağəsini siz,
Çalçağır öyrənsinlər nəslimiz.
Adət ilə toy etmişik axı biz,
Duvaqlı gəlinim, bəyim yadlaşıb.

Minəmmədim Dəvədaşın boynuna,
Yaman düşdüm bu gərdişin oyununa.
İşıqlıdağ, gələmmədim qoynuna,
Aman Allah, doğma öyüm yadlaşıb.

Səksən il yaşadın bəsdi, Lələdağ,
Üstünə qara yel əsdi, Lələdağ.
Gör səndən neçəsi küsdü,  Lələdağ,
Yengəli, xonçalı toyum yadlaşıb.
2016

Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri