Erməni şivəni
Erməni şivəni
1988-ci il fevralın 27-28-də Sumqayıtda baş verən hadisələr gözlərimizin qabağındadır.
Sumqayıt nehrə kimi çalxalanırdı.
İnsanlar çaş-baş
qalmışdılar.
On illərlə qonşu olduqları ermənilərin təxribatçı hərəkətlərindən baş çıxara bilmirdilər.
Bu faciənin təşkilatçısı «Daşnaksütyun» partiyasının çox fəal üzvlərindən biri olan Eduard Qriqoryan idi.
O, elə
ssenari ilə işləyirdi ki,
kənardan baxanlar ondan heç cür şübhələnmirdi.
Bir də ən maraqlısı o idi ki,
qətlə yetirilən ermənilərin hamısı yaşlı adamlar idi.
Sual olunur, cavanları qoyub qocaları niyə öldürsünlər ki?
Misal üçün emma Qriqoryan
79 yaşında, Nikolay Danilyan
69 yaşında idi,
digərləri də elə.
Sonradan məlum oldu ki,
faciənin qurbanlarının hamısı ermənilərin özləri tərəfindən qətlə yetirilib.
Hadisələr başlamazdan əvvəl
«Daşnaksütyun» partiyasının üzvləri hətta əmanət kassalarında olan pulları da çıxarmışdılar.
Sumqayıt hadisələrindən
5 gün sonra Xankəndində
«Sumqayıt qurbanları»
adlı abidə ucaltdılar.
Həmin abidəyə dünya ictimaiyyətinin,
beynəlxalq təşkilatların diqqətini cəlb etmək üçün min oyundan çıxdılar.
Guya «məzlum», «yazıq», «cəfakeş» erməniləri Sumqayıtda qırıblar.
Ağ yalan,
quru böhtan!
Həmin hadisədə
400-dən çox azərbaycanlı gənclərini həbsxanalara doldurub işkəncə verdilər.
Başları qırxılmış,
nahaqdan döyülmüş,
təhqir olunmuş gənclərin üzünüə durmaq üçün adamları,
ağsaqqalları divanxanaya aparır,
hədələyir və onları məcbur edirdilər ki,
quldurların dediklərinə qol çəksinlər.
Elə ona görə də nə qədər gənc oğlanlarımız həmin vaxt aldıqları zədədən hələ də özlərinə gələ bilmirlər. Həmin gənclərdən biri də Azər İsmayıl oğlu Babayevdir.
O, başına gələnləri belə xatırlayır:-1988-ci ilin mart ayının biri idi.
Əmimgildən gəlirdim.
Nərimanov küçəsi ilə Azadlıq küçəsinin
(köhnə Lenin)
kəsişdiyi parkda
«xilskar ordunun» cəllad əsgərləri məni dayandırdılar.
Sənəd tələb etdilər.
Üstümdə sənəd yox idi.
Nə sənədim olardı?
Hələ pasport almaq vaxtım deyildi.
Doğum haqqında şəhadətnaməni də komsomol sıralarına daxil olmaq üçün komsomol təşkilatının katibinə vermişdim.
Onlar məni buraxmaq istəmədilər.
15 yaşlı gənc olmağıma güvəndim.
Rus dilində buraxın məni,
bizim milləti məhv etməyə gələn əclaflar!
-dedim. Sözüm onları açmadı.
5 nəfər əli dubinkalı qəddarlar,
imperiya cəlladları məni döyməyə başladılar.
Başımı dubinkanın zərbəsindən qorumaq üçün əyildim.
Birdən onurğamdan dəhşətli bir ağrı hiss etdim.
Belimə dəyən dubinka zərbələri məni sarsıtdı.
Quldurların əlindən çıxdım.
Amma özümdə ciddi bir zədələnmə duydum.
Əvvəlcə sol ayağım,
sonra sağ ayağım fəaliyyətdən düşməyə başladı…
Çox
təəssüf ki,
sovet həkimləri sovet əsgərlərinin vəhşiliyini,
Azər Babayevə tətbiq edilən işgəncəni gizlədiblər.
Diaqnozu başqa səmtə yozublar.
Guya Azərin sol dizinə su yığılıb.
Aşağı ətrafın fəaliyyətdən düşməsini də dizə su yığılması ilə əlaqələndiriblər,
keçib gedər deyiblər.
Həmin vaxtdan düz
15 il keçir.
Lakin Azər Babayev çarpayı əsiridir.
Həmin vaxt imperiya nökərləri heç nədən xəbəri olmayan Əhməd Əhmədovu aparıb güllələdilər. Cinayəti törədən quldur Eduard Qriqoryanı yalandan
12 il həbs etdilər,
lakin Moskvaya aparıb ermənilərə təhvil verdilər.
Sumqayıtlıların çoxunun tanıdığı Markaryan Qaraginin qardaşı Sergey Markaryanı da ermənilər öldürmüşdülər.
Moskvada Əhməd Əhmədovu ona göstərib deyiblər:
-Sənin qardaşını öldürən budur!
Qaragin cavab vermişdir:
-Ara,
bu yeraxardır (uşaqdı), cinayətkarı tapın!
Validə Məmmədovanın dedikləri:-1988-ci il fevralın 16-da mən 1 saylı doğum evində zahı yatırdım.
Orada 2 erməni qadını sabah tezdən mətbəxdə qazın kranlarını açıb aradan çıxanda qapıda saxladılar.
Lakin onları tezliklə buraxıb dedilər:
«Millətlərarası ədavəti»
qızışdırmaq olmaz.
1989-cu il sentyabrın 23-də Yerevandakı Arxitektura evində geniş mətbuat konfransı keçirildi və millətçi erməni daşnakları Sumqayıt hadisələrinə siyasi qiymət verməyi təlb etdilər.
Ermənistan Curnalistlər İttifaqı tərəfindən təşkil edilmiş bu konfransa elm xadimlərini,
tanınmış adamları,
curnalistləri dəvət etmişdilər.
Gündəlikdə duran əsas məsələ Sumqayıt hadisələrinə siyasi qiymət vermək və dünyaya yaymaq idi.
Konfrasda çıxış edənlərin hamısı
«Əgər Sumqayıtda erməniləri qırmasaydılar,
ermənilər azərbaycanlılara qarşı müharibə etməzdilər»
dedilər. Əslində ermənilərin azərbaycanlılara qarşı müharibəsi çoxdan başlamışdı.
Dağlıq Qarabağda ixtişaşlar şiddətlənir,
Ermənistandan azərbaycanlılar qovulurdu…
Digər tərəfdən isə bu münaqişənin kökləri çox-çox
dərinlərə gedib çıxır.
Məgər 1905-ci ildə daşnak Qazar Stepanyants Zəngəzura hücum edəndə od vurub kəndləri yandıranda,
əhalini qılıncdan keçirəndə Sumqayıt hadisəsi olmuşdur,
ya o vaxt azərbaycanlılar onlara nəsə etmişdilər?
1918-ci ildə Andronik Zəngəzurun
31 kəndini xaraba qoyanda,
insanları ağılasığmaz işgəncələrlə qətlə yetirəndə,
Şükar kəndində
377 nəfər dinc əhalini qayadan töküb qıranda,
Ağdü kəndinin kəndinin
400 nəfər dinc,
əhalinin adamlarını məscidə doldurub bir hissəsini qırmış,
buğaların dırnaqları altında şilküt edəndə, bir hissəsini tüstü ilə boğanda Sumqayıtda hadisə olmuşdumu?
Tat kəndinin 2859 nəfər əhalisini kahalarda qıranda,
hamilə qadınların qarnını süngü ilə dəlik-deşik edəndə,
70 nəfər azyaşlı uşağı süngülərə taxıb yolun kənarına düzəndə,
qızların hörüklərini kəsib çatı toxutdurub sonra siyirmə edib,
öz boğazlarına keçirib ağaclardan asanda,
insanların çılpaq kürəyinə samovar bağlayanda Sumqayıtda hadisə olmuşdumu?
1918-ci ilin mart ayında novruz bayramı ərəfəsində erməni millətçiləri Bakıda,
Şamaxıda, Muğanda, Lənkəranda, Qubada 50 mindən çox azərbaycanlını qətlə yetirəndə
10 minlərlə dinc əhalini yerindən-yurdundan didərgin salanda Sumqayıtda hadisə olmuşdumu?
Bakıda, Şamaxıda 1653-qadını, 965 uşağı qılıncdan keçirəndə,
Quba qəzasında
122 kəndi yerlə-yeksan edəndə Sumqayıtda faciə baş vermişdimi,
erməniləri «qırmışdılarmı»? Bunların hamısı ermənilərin azərbaycanlılara qarşı soyqırım planın tərkib hissəsi idi.
Ermənilər Sumqayıtda hadisələrə genosid kimi qiymət verməyi tələb etdilər.
Lakin bu tələb qəbul edilməsə də erməni uydurma yazılarında,
arxivlərdə qalacaq və qalmaqdadır.
Erməni ziyalıları və dövlət başçıları təcili olaraq Sumqayıt hadisələrinə siyasi qiymət vermək üçün böhtan və iftira,
yalanlarla dolu Ermənistan Bilik Cəmiyyəti xətti ilə
«Sumqayıt… Genosid… Qlasnost» kitabı Sumqayıt hadisələri ilə əlaqədar Azrbaycan zəhmətkeşlərinin pulu ilə nəşr edilib
50 min tiraca üç dildə dünya ermənilərinə çatdırıldı.
Həmin vaxt Sumqayıtdan rahatlıqla köçüb gedən erməni
«qardaşlara» kömək məqsədi ilə Respublika Nazirlər Soveti
11 mart 1989-cu ildə büdcədən özünün
65 № li sərəncamı əsasında
364 min (rubl) manat pul köçürmüşdü.
Bu da bizim
«başbilənimizin uzaqgörənliyindən xəbər verirdi».
İstər dövlət rəhbərləri,
istər ziyalılar Sumqayıtda hadisələrə siyasi qimət vermək barədə düşünmədilər və də hadisəyə siyasi qiymət verilməyib,
səbəbi araşdırılıb dünya ictimaiyyətinə çatdırılmayıb. O vaxt millətlərarası ədavəti qızışdıranlardan biri Sero Xanzadyan idi.
O, əslən Zəngəzurludur. Bu o Sero idi ki,
1963-cü ildə
«Qarun» (Bahar) curnalında xalqlar dostluğundan,
onun ata-anasını xilas edən Şamxal əmidən,
Ballı xaladan ağız dolusu danışırdı.
Birdən-birə 180 dərəcə dəyişib sırf millətçi,
separatçı olan Sero Xanzadyana nifrət duası oxudum və aşağıdakı misralarla onu ifşa etməyə çalışdım.
Nə qanla döyünür sinəndə ürək,
Əqidən, məramın nə dəhşət imiş,
Sənə qənim olsun o duz,
o çörək,
Sənin dostluğun da xəyanət imiş.
Niyə dönük çıxdın sən bu dostluğa,
Sənin günahını dənizlər yumaz,
Verdiyin öyüdlə böyüyən dığa,
Dostluğu duyammaz, dostu duyammaz.
Niyə utanmadın el qınağından,
Yenidən çəkildi dağ-dağın üstünə,
Gül-çiçək toplayıb mənim bağımdan,
Səpirsən satqının, alçağın üstə.
Bəlkə yalağında yalım var artıq,
Qarnını dəlməsin bu halal çörək,
Quduran gedəmməz qırx gündən artıq,
Bu dərin hikməti duyasan gərək.
Gərək duyasan ki,haqq var, nahaq var,
Günəşdən utan sən, aydan utan sən,
Məndə dostluq adlı nurlu çıraq var,
Dostundan umduğun paydan utan sən.
Axı sənin deyil Dağlıq Qarabağ,
De hardan yarandı səndə bu arzu,
Zatın qırığmış ay pelequlaq,
Sənə haram olsun o hava, o su!
Комментарии
Отправить комментарий