Yoxdur


Yoxdur

Bədbəxt o kəslərdir ki, vəfalı yarı yoxdur,
Yarı var, amma onun dövləti, varı yoxdur.

Çıxsa evdən bayıra, cındırından cin hürkər,
Toya, vaya getməyə libas-paltarı yoxdur.
Qəmxanəyə getmə sən,  orda qəm daha çoxdur,
Biçarə aşiq neyləsin, qəmi var qəmxarı yoxdur.

O kəslər ki, tutmasa candan əziz Vətəni,
Onların da namusu qeyrəti, arı yoxdur.
Dərd-qəmsiz adam varsa, bil ki o adam deyil,
O necə bəndədir ki, dərdi, azarı yoxdur.

Çox yazarlar hələ ki feyziyab etmir Əvəzi,
Dostumun yadda qalan bircə  əşarı yoxdur.

Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri