Nə vaxt düzələcək


Nə vaxt düzələcək

Hamı səksəkədə, hamı qorxuda,
Nə vaxt düzələcək görən bu dünya.
Itirdim eli də, doğma yurdu da,
Nə vaxt düzələcək görən bu dünya.

Nə axşam bilirəm, nə dəki səhər,
Yediyim irindi, içdiyim zəhər.
Kimi qəm üyüdür ölənə qədər,
Nə vaxt düzələcək görən bu dünya.

Birinin atı var, samanı yoxdu,
Biri zillətdədi, amanı yoxdu.
Birinin sabaha gümanı yoxdu,
Nə vaxt düzələcək görən bu dünya.

Atlıya yol verək, atını çapsın,
Fərhad gəlib zülmün daşını çapsın.
Əyrinin, oğrunun başını çapsın,
Nə vaxt düzələcək görən bu dünya.

Nə yaman sərt keçir payızım, qaışım,
Bilirəm əzəldən ağırdı daşım.
Qorxuram düz deyəm ağrıya başım,
Nə vaxt düzələcək görən bu dünya.

Dodaqdan beçə bal süzülüb axa,
Söz sözün ardında düzülüb axa.
Hamı bir-birinə dost kimi baxa,
Nə vaxt düzələcək görən bu dünya.

Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri