Sumqayıt əfsanəsi.
Sumqayıt əfsanəsi.
Aşıq bir əfsanə dastan danışdı
Yaxından,uzaqdan,dostan danışdı.
O dedi:-«Sum»adlı bir qoçaq oğlan
Bir gözəl məkanda sürümüş dövran.
Ovçu Pirim kimi ov ovlayırmış
Ceyranı,cüyürü ovsunlayırmış.
Pəhləvan cüssəli,pələng biləkli
Bir qartal baxışlı,bir qurd ürəkli.
Atını çapanda külək çatmazdı
Onun nərəsindən quşlar yatmazdı.
Nizəsi dağ oyar,qaya dələrdi,
Oxu yaydan çıxıb tükü bölərdi.
Sınıb əyilməzdi polad xəncəri ,
Səfərdən əli boş dönməzdi geri.
Onun istəklisi bir gözəl mələk
Elə gözəl idi tovuzquşu tək.
Qönçə dodaqları gül qönçəsiydi
Ona ilham verən yarın səsiydi.
Qəlibdən çıxmışdı boyu,əndamı
Ay kimi nurluydu qəlbinin şamı.
Adı Ceyran idi,baxışı ceyran
Görənlər husnünə olurdu heyran.
Ceyranın əlləri göydə olardı
Köksünün evinə sevinc dolardı.
«Sum»da ehtirasla süzərdi onu
Gözləri hər yerdə gəzərdi onu.
Onlar bir-birinə olmuşdu həmdəm
Eşq olan ürəkdə nə kədər,nə qəm?
Bir gecə vüsalın çırağı söndü
Sevincin təkəri geriyə döndü.
Təpəgöz deyilən qaniçən insan,
Yolunu bu səmtə saldı bir zaman.
Onları qəflətən əsir götürdü
Yer-göy götürməzdi vallah bu dərdi.
Təpəgöz onların qolunu çatdı
Gətirib kimsəsiz səhraya atdı.
Yayın qızmar çağı səhra yanırdı
Elə bil hər tərəf alovlanırdı.
Alov qarışmışdı sanki havaya
Dodaq həsrət idi bir udum suya
Bu zülmət gecədə o gözəl sənəm
Dedi:-Sum,yanıram,alışır sinəm.
Sum getdi Ceyrana su axtarmağa
Könül səməndini sürdü uzağa.
Bu dəm əcəl düşdü Sumun izinə
Qapılar bağlandı onun üzünə .
Birdən bu səhraya vəlvələ düşdü
Tufan tüğyan etdi,Sum selə düşdü.
Dalğa şahə qalxdı,Sumu apardı
Ceyran nalə çəkdi,şivən qopardı.
Sum,qayıt,Sum,qayıt,tez qayıt geri
Qayıt,qorxuludur axı irəli.
Sum,qayıt,Sum,qayıt,sən boğularsan
Sinəmdə sağalmaz bir dağ olarsan.
O ellər gözəli Sum deyə-deyə
Özü də bilmədən düşdü çökəyə.
Əcəl xəbər tutdu,cumdu nə cumdu
Ölüm o mələyin üstünə cumdu.
O göl naqqa kimi uddu Ceyranı
Zülmət bir sükunət tutdu hər yanı.
Ceyranın ömrü yetişdi sona
«Ceyranbatangölü»dedilər ona.
Bir dəfə o gölün üstünə getdim
Müqəddəs məkanı ziyarət etdim.
Oğlum,sən də onu ziyarət eylə
Öləndə o sudan üstümə çilə.
Behişt çeşməsidir suyu o gölün.
Çalış ki,damcısı hədər axmasın,
Onun camalına yağı baxmasın.
Sum,qayıt,sədası çöllərə düşdü.
Süm, qayıt:dastanı dillərə düşdü.
Sumqayıt əfsanəsi.
Aşıq bir əfsanə dastan danışdı
Yaxından,uzaqdan,dostan danışdı.
Ceyranı,cüyürü ovsunlayırmış.
Pəhləvan cüssəli,pələng biləkli
Bir qartal baxışlı,bir qurd ürəkli.
Atını çapanda külək çatmazdı
Onun nərəsindən quşlar yatmazdı.
Nizəsi dağ oyar,qaya dələrdi,
Oxu yaydan çıxıb tükü bölərdi.
Sınıb əyilməzdi polad xəncəri ,
Səfərdən əli boş dönməzdi geri.
Onun istəklisi bir gözəl mələk
Elə gözəl idi tovuzquşu tək.
Qönçə dodaqları gül qönçəsiydi
Ona ilham verən yarın səsiydi.
Qəlibdən çıxmışdı boyu,əndamı
Ay kimi nurluydu qəlbinin şamı.
Adı Ceyran idi,baxışı ceyran
Görənlər husnünə olurdu heyran.
Ceyranın əlləri göydə olardı
Köksünün evinə sevinc dolardı.
«Sum»da ehtirasla süzərdi onu
Gözləri hər yerdə gəzərdi onu.
Onlar bir-birinə olmuşdu həmdəm
Eşq olan ürəkdə nə kədər,nə qəm?
Bir gecə vüsalın çırağı söndü
Sevincin təkəri geriyə döndü.
Təpəgöz deyilən qaniçən insan,
Yolunu bu səmtə saldı bir zaman.
Onları qəflətən əsir götürdü
Yer-göy götürməzdi vallah bu dərdi.
Təpəgöz onların qolunu çatdı
Gətirib kimsəsiz səhraya atdı.
Yayın qızmar çağı səhra yanırdı
Elə bil hər tərəf alovlanırdı.
Alov qarışmışdı sanki havaya
Dodaq həsrət idi bir udum suya
Bu zülmət gecədə o gözəl sənəm
Dedi:-Sum,yanıram,alışır sinəm.
Sum getdi Ceyrana su axtarmağa
Könül səməndini sürdü uzağa.
Bu dəm əcəl düşdü Sumun izinə
Qapılar bağlandı onun üzünə .
Birdən bu səhraya vəlvələ düşdü
Tufan tüğyan etdi,Sum selə düşdü.
Dalğa şahə qalxdı,Sumu apardı
Ceyran nalə çəkdi,şivən qopardı.
Sum,qayıt,Sum,qayıt,tez qayıt geri
Qayıt,qorxuludur axı irəli.
Sum,qayıt,Sum,qayıt,sən boğularsan
Sinəmdə sağalmaz bir dağ olarsan.
O ellər gözəli Sum deyə-deyə
Özü də bilmədən düşdü çökəyə.
Əcəl xəbər tutdu,cumdu nə cumdu
Ölüm o mələyin üstünə cumdu.
O göl naqqa kimi uddu Ceyranı
Zülmət bir sükunət tutdu hər yanı.
Ceyranın ömrü yetişdi sona
Ceyranın ömrü yetişdi sona
«Ceyranbatangölü»dedilər ona.
Bir dəfə o gölün üstünə getdim
Müqəddəs məkanı ziyarət etdim.
Oğlum,sən də onu ziyarət eylə
Öləndə o sudan üstümə çilə.
Behişt çeşməsidir suyu o gölün.
Çalış ki,damcısı hədər axmasın,
Onun camalına yağı baxmasın.
Sum,qayıt,sədası çöllərə düşdü.
Süm, qayıt:dastanı dillərə düşdü.
Комментарии
Отправить комментарий