Hekayələr
At alveri
Məhərrəm katiblərin atını saxlayırdı.Rayona kəndlərdən kolxoz sədrləri həmişə bəslənmiş atlarla gələrmiş iclasa,filana.
Bir dəfə yenə belə olur.Naxçıvan Mr Külüs kəndindən bir nəfər at almaq üçün Sisyan bazarına gəlir.Məhərrəmin qulağına çatır ki,at alan var.O, «müştərini» tapır və aparır atlar bağlanan yerə:
-
Katib tapşırıb ki,bu atlardan ikisini sat!
Müştəri atları nəzərdən keçirir,yalını yoxlayır,burnunu tutur dözümünü öyrənir və səməd atı almağa razılaşır,pulunu sayır verir.Məhərrəm atı yəhərli-yüyənli «satır» Külüslüyə.Müştəri minir atın belinə,düşür yolun ağına.O,rayondan çıxmamış Məhərrəm atın yiyəsini tapır və deyir:
-
Atı bir nəfər oğurlayıb,aparıb.
At sahibi bir yüyrək at tapır,düşür at alanın ardınca.Onu Güllübulaqda haqlayır:
-
Ə,qırış mal,atı hara aparırsan?
-
Necə yəni atı hara aparırsan? Pul verib at almışam,aparıram da bə!
-
Ə,nə pul,nə almaq? At kolxozun atıdır. Onu kim sata bilər?
Uzun çək-çevirdən sonra atı qaytarır.Məhərrəmdə pulun üstündə «zəhməthaqqı» götürür, qalanını verir müştəriyə.
Sənin neçə kişin var?
Bir gün Məhərrəm dəryazını götürüb gedir ot çalmağa.Gün çeşdə qalxır,Məhərrəm gəlib çıxmır.Nübaxgül başlayır deyinməyə:c
-
Balam,bu kişi niyə gəlib çıxmadı?
Gəlin Nübaxgülün deyinməyindən təngə gəlir:
-
Ay arvad,bəsdir də bunun da bir kişisi var…
Məhərrəm gələn kimi Nübaxgül gəlinin sözlərini qoyur Məhərrəmin ovcuna.Məhərrəm arvada tərs-tərs baxır və deyir:
-
Çörək səni tutsun,deyərdin bala,sənin neçə kişin var?
Bəs hardaydın ?
Bir dəfə Alverdi İrəvana üçmaq üçün təyyarəyə bilet alır.O,təyyarəyə minmək istəyəndə, Miəhərrəm ona yaxınlaşır
və deyir:
-
Bu təyyarəyə minmə,təyyarə göydə partlayacaq.
Alverdi bileti batsa da Məhərrəmin sözünə baxır,təyyarəyə minmir.Ertəsi gün o,avtobusa bilet alır və salona keçmək istəyəndə Məhərrəm peyda olur və deyir:
-
Bu avtobusa minmə,avtobus körpüdən aşacaq.
Alverdi tutur Məhərrəmin yaxasından:
- Axı sən kimsən,məni yolumdan edirsən?
-
Mən sənin təhlükəsizliyini qoruyan Məhərrəməm
-
Ay şərəfsiz,bəs mən evlənəndə
sən hapdaydın?
Addama bəri.
Kəndimizdə
dəmirçilik edən Əmiraslan
kişi çox zəhmətkeş
adam idi.Kolxozun
sədri Turab İsgəndərov
onun kotan dəmirini
düzəltmədiyini,işin axsadığını görür və gəlir dəmirçi
-xanaya.Əmiraslan kişi sədrin qırımını hiss edir,çəkici alır əlinə,keçir zindanın arxasına:
-
Addama bəri,çəkic qana gəzir,addama bəri.
Kolxoz sədrini gülmək tutur və xata sovuşur.
Elə bura da rahatdı.
Ta qədimdən bəri bizlərdə
qonaq çox əziz olub.Qonaq otağı,qonaq yorğan-döşəyi,
qonaq üçün qənd-çay ayrı saxlanardı.Bir gün Əmiraslan
kişi bacısı qızı Çiçəkgilə gedir.Çiçək də bir çarpayı ayırıb qonaq yorğan-döşəyini yığıbmış üstünə.Əmiraslan kişi çıxıb oturur çarpayının üstündə,Çiçək üstündə yanaltı olan bir stul göstərir:
-
Dayı,bura rahatdı e,gəl burda otur.
Əmiraslan kişi yerini bir az da bərkidir:
-
Elə bura da rahatdı,qızım!
Çiçək içindən qırıla-qırıla qalsa da bir söz demir.
Naxış danışandı.
Dayım oğlu Bahadırın toyu idi.Kənddə adət beləydi:
Gəlin gələndən sonra toybaşı adamları süfrəyə dəvət edərdi.
Amma bir məsələni də vacib bilirdi:
-
İçənlər bu tərəfdə,içməyənlər o tərəfdə əyləşsinlər – deyərdi.
- Kəndin iki ağzı dualı bəndəsi Mürüd kişi Mehman kişi keçib otaqda oturdular.Bu heynidə Xudum əmi əlində də bir uzun əl ağacı böyürdən çıxdı.
- Yaxşı vaxt gəldin,qaynanan səni çox istəyir,keç otağa ağsaqqallar da oradadır- dedim. Xudum əmi adəti üzrə bir çırt atdı:
- Kimdi ə,onlar?
- Mehman kişi ilə Mürüd kişi.
- Ə,qoy getsinlər işlərinə,onların ikisi də naxış danışandı.
Mən güldüm və ona başqa yeri göstərdim.
Çox gözəl sağlıqlar deyildi.
Toylarda
çox masabəyilik edən bir dostum var,adını hələlik «Rahib» qoyuram.Hər dəfə «burada çox gözəl sağlıqlar
deyildi»
ifadəsini çox işlətdiyi
üçün dili bir növ adətkarda olub.
Bir iclasda ona da söz verdilər.O,kürsüyə qalxan kimi:
-
Əziz dostlar,burada çox gözəl sağlıqlar deyildi.Mən də o sağlıqlara
qoşuluram.
Yerdə pıçhapıç düşdüyünün görüb özünü ələ aldı:
-
Elə bu çıxışlar da sağlıq kimi bir şeydi – dedi.
Sən öl,xiyar getmişdi.
Hüseynqulu
adlı bir nəfər çoban gəlir Sisyan bazarına,gətirdiyi toğluları satır,iki kilo xiyar alır yığır ciblərinə.Xiyar çox olduğundan ciblərə tam yerləşmir
və bəzilərinin yarısı çöldə qalır.Bu halı görən Məhərrəm xiyarldardan əkmək istəyir.Amma Hüseynqulu duyuğ düşür və Məhərrəmin əlini tutur.Məhərrəm
özünü elə göstərir
ki,guya düşmək qorxusu olan xiyarları çobanın cibinə basmaq istəyirmiş.Hüseynqulu onun üzünə tərs-tərs baxır:
-
Sən öl,görməsəydim,xiyar getmişdi,ey! – deyir.
Müəllim də müəllimin suyun kəsərmi
?
Kəndimizdə
irili-xırdalı
24 bulaq var.
Əlmərdan
bulağı,Əhliman bulağı,Əmirsayad
bulağı,Güllücahan bulağı,Paşa bulağı,
Yamac bulağı,Məmməd bulağı,Topsöyüd,İkigözlü,Yeddinövlü,Qurunov,Cəfərqulu bəyin bulağı,İçi bulaqlı,Qasım bulağı,Cəlil bulağı,Xanxanım
bulağı və s.
Di gəl ki,suyu diş göynədən bulaqların suyu bağ-bostanı sulamağa çatmırdı.Ona görə də bağ-bostan suvarmaq növbə ilə olurdu.Növbə İbiş müəllimə
çatmışdı.O,bostanı şirin suvardığı
yerdə su kəsilir.İbiş müəllim arx yuxarı gedir,görür suyu Məmməd müəllim kəsib öz bostanını
sulayır.İbiş müəllim bu halı görəndə:
-
Mamed müəllim,müəllim də müəllimin
suyunu kəsərmi?
Həmin cümlə camaatın arasında bu gün də dillər əzbəridir.
Hamısını satsam da.
Xurruşovun
vaxtında belə qərar çıxartdılar ki,əhali uzunqulaqları saxlamasınlar. Qüdrət kişinin də nə az,nə çox yeddi uzunqulağı vardı.İclasdan
sonra o,gəlib oturur
«Hasarın»
üstündə və çərəkəsini
çıxarır:
- Qaraşalvar cöngəni satacam,toğluları satacam,yox hamısını satsam da qara eşşəyi satmıyacam.Qara eşşəyi satdım,bə otu-küləşi,dəyirmana dəni kim daşıyacaq,
«Kürd»
arvadına kürd deyirdi.
Ay Mütəllim burda ha.
Kənddə toy olanda hamının sünbülündə su oynayırdı.Qüdrət Cəfərovun toy gecəsi çox maraqlı oldu.Xonça gətirənlər şirin,gülməli söhbətlər elədilər.Bəy corabı sağdış-soldışın corabından seçildi.Nə isə…Məqam çatdı,bəy gəlin yanına yollandı.O,həyacanlı olduğundan əməliyyatı baş tutmadı.Bəyi çağırıb çıxartdılar
çölə,ürək-dirək verdilər. Lakin,o,duruxa-duruxa gedəndə,yaxın dostunu yadına saldı:
-
Ay Mütəllim
burda ha!!!
Qüdrətin
toyu bircə bu sözlərlə yadda qaldı.
Комментарии
Отправить комментарий