E R M Ə N İ V Ə H Ş İ L İ Y İ


E R M Ə N İ     V Ə H Ş İ L İ Y İ

    «Daşnaksütyun» partiyasının qarşıya qoyduğu, təxirəsalınmaz vəzifələrdən biri «Dənizdən dənizə Böyük Ermənistan» dövləti yaratmaq idi. Bu sərsəm ideyanı yerinə yetirmək üçün Azərbaycan dövlətini parçalamaq, məhv etmək, əhalisini soyqırıma məruz qoymaq ön plana çəkilmişdi:
Plan aşağıdakı kimi həyata keçməli idi.
    Bakı Bakı ətrafını işğal etmək daşnak lideri, bolşevik qiyafəli Stepan Qeorqiyeviç Şaumyana, Şirvan bölgəsi, Şamaxı, Muğan, Lənkəranı məhv etmək əclaf Styopa Lalayana onun silahdaşı Tatoves Əmiryana, Quba qəzasını yerlə-yeksan etmək daşnak lideri Hamazaspa, Naxçıvanı, Zəngəzuru, Qarabağı talan etmək Andronik Tarosoviç Ozanyana tapşırılmışdı. Bu quldurlara Stepan Qeorqiyeviç Şaumyan rəhbərlik edir, onların törətdikləri faciələrdən ləzzət alır, daha da ruhlanırdı.
Stepan Qeorqiyeviç Şaumyan kim idi?
    Elə birbaşa quldurların qulduru desəm yanılmaram. O, 1878-ci ildə Tiflisdə anadan olub. Hələ gənc yaşlarından Türk dünyasına qarşı amansız olmağı qarşısına məqsəd qoyub. S.Şaumyan Tiflisdə qərərgah yaradır. Onun inqilabi təşəbbüsü baş tutmur. Ona görə o, qərərgahını Bakıya köçürür. Çünki Bakıda şərait çox əlverişli idi. Şəhərdə cəbhələrdən qayıtmış 25 minə yaxın silahlı erməni əsgəri onların havadarı olan rus silahlıları vardı.         Daşnak lideri bolşevik qiyafəli quldur S.Şaumyan bu qaniçən qüvvələrə güvənərək, arxalanaraq Bakıda azərbaycanlıların soyqırımına ürəkdən girişdi. Silahlı erməni quldurları bu soyqırıma çoxdan hazırlaşmışdılar. S.Şaumyanın göstərişi ilə bütün azərbaycanlılar tərksilah edilmişdi lakin erməni-daşnak dəstələri dişinə qədər silahlı idi. S.Şaumyanın tabeliyində 10 min, daşnakların tabeliyində isə 4600 silahlı əsgər zabit vardı. Bundan əlavə Bakı erməniləri onların yardımçısı idi. Bütün bunların əksinə olaraq Şaumyanın şəxsi tapşırığı ilə müsəlman diviziyası nəinki tərksilah olunmuş, həm diviziyanın rəhbərləri həbs edilirdi. Onların arasında general Talışınski var idi. Beləliklə S.Şaumyanın təhriki rəhbərliyi ilə Bakıda Bakı ətrafında dəhşətli soyqırım başladı. Onu da qeyd etmək lazımdır ki, bu soyqırım siyasəti bolşevizm bayrağı altında həyata keçirilirdi. Guya şura hökümətinə qarşı çıxan əksinqilabçılara qarşı bolşeviklər mübarizə aparırdılar. S.Şaumyan öz çirkin əməlini pərdələyərək yazırdı:
    «Bizim siyasətimiz vətəndaş müharibəsi aparmaqdır. Kim bu siyasətə qarşı çıxırsa, o, düşmənlərimizin nökəridir».
Nəriman Nərimanov isə bu soyqırımdan dəhşətə gələrək yazırdı:
Müsəlman hətta bolşevik olsaydı belə, ona aman vermirdilər».
Daşnaklar deyirdilər:
Biz heç bir bolşevik tanımırıq. Təkcə elə müsəlman olmağın kifayətdir».      Azərbaycanlıların bolşevizm bayrağı altında kütləvi şəkidə qırdırılması düşünülmüş, məqsədyönlü siyasətin tərkib hissəsi idi. Bakıda baş verən hadisələrin əsil mahiyyətini təhrif olunmuş şəkildə mərkəzə-Peterburqa çatdıran Şaumyan rus inqilabının lideri        V.İ.Lenindən təbrik teleqramı  da almışdı. O, minlərlə dinc insanın faciəli şəkildə qətlə yetirilməsində xüsusi xidməti olan bolşevik cəlladı S.Şaumyanı tərifləyərək yazmışdı: «Sizin möhkəm qəti siyasətinizə məftunuq. Bacarıb həmin siyasəti, indiki çox çətin vəziyyətin şəksiz tələb etdiyi çox ehtiyatlı bir diplomatiya ilə birləşdirin».
S.Şaumyan özü isə Bakıda törədilmiş dəhşətlərdən vəcdə gələrək Rusiya XKS- belə məlumat vermişdir: «Zaqafqaziya Sovet hakimiyyəti uğrunda silahlı mübarizə mərhələsinə daxil olub. Üç gün müddətində-30-31 mart 1 aprel tarixində Bakı şəhərində şiddətli döyüşlar olubBizim  üçün döyüşün nəticələri çox yaxşı olmuşdur. Biz onlara öz şərtlərimizi diktə etdik, onlar da danışıqsız olaraq bu şərtləri qəbul elədilər». Öz daşnak simasını gizlədə bilməyən Şaumyan daha sonra yazmışdır: «Şəhərimizin milli tərkibi bizi narahat edirdi. Biz mübarizənin arzuolunmaz xarakter alacağından qorxurduq, biz hətta erməni polkunun yardımına belə əl atmalı olduq. Biz hətta onun köməyindən imtina etməyi mümkün hesab etmədik.Qələbə isə o qədər böyükdür ki, bu gerçəkliyə az kədər gətirir».    Bu sitatlardan bolşevik yazışmalarından göründüyü kimi, 1918-ci ilin martında da əvvəlki əsrdə olduğu kimi, təşkilatçılar da, icraçılar da eyni qütbdən çıxış ediblər, torpağımıza yiyələnmək üçün birləşib xalqımıza qarşı soyqırım siyasətini həyata keçiriblər. İndi isə özlərini dünyaya məsum kimi göstərərək özlərinə qarşı «genosiddən» danışırlar, bu barədə xarici ölkə parlamentlərini qapılarını kəsdirib qərar qəbul etmələrini istəyirlər. O vaxt cinayət baş verib, ancaq cəzasız qalıb  cəzasızlıq ərköyünlüyündən məst olmuş ermənilərin qonşularını «sınağa çəkməsi» bu gün davam edir.
  Gəlin onun Bakıda Bakı ətrafında törətdiyi qırğınlara nəzər salaq. 1918-ci ilin mart ayından Stepan Şaumyan 10 min nəfərdən ibarət olan silahlı quldur dəstəsinə başçılıq edirdi. Bu quldurlar Bakıda Bakı ətrafında 3 gün ərzində 30 minə yaxın günahsız soydaşlarımızı xüsusi amansızlıqla, qəddarlıqla öldürmüşdülər. Quldur başçısının göstərişi ilə şəhərin müxtəlif yerlərində plemyotçular durmuşdular ki, əhalinin qaçmağa cəhd göstərənlərini gülləboran etsinlər belə edirdilər. Bakıda müsəlman məhəllələri dağıdılıb, yandırılıb məhv edildikdən sonra mart ayının 30-dan 31-ə keçən gecə «İçərişəhər» əməliyyatı başlandı
    Ertəsi günü hara baxsaydın yandırılmış kişi, qadın, körpə uşaq meyidləri görərdin. Həmin günlər mətbuat səhifələrində azərbaycanlıların başına gətirilən bəlalar aşağıdakı kimi göstərilmişdir.
    «Erməni əsgərlərinin hamilə müsəlman qadınlarının qarnını yırtaraq bətndə artıq formalaşan uşağı çıxarıb onun başını kəsmələrinə bənzər vəhşiliklərin fotoşəkillərini daşnak orqanı «Aşxatavor» qəzetindəkiləri görmürlərmi? «Qruziya» qəzeti 25 noyabr 1918-ci il».
    «Hər yerdə meyidlər qıc olmuş,eybəcər hala salınmış, yandırılmış kişi, qadın uşaq meyidləri vardı. «Naş qoloş» qəzeti 4 aprel 1918-ci il».
     «Erməni hərbi birləşmələri Bakıda 30 mindən çox müsəlmanı vəhşicəsinə qətlə yetirib, uşaqlara qadınlara işgəncə verib, neçə-neçə məhəllə yandırıb, Şamaxı qəzasına dəstələr göndəriblər. Onlarca kənd atəşə tutuldu. Əhali qılıncdan keçirildi qanına qəltan edildi. Bununla eyni vaxtda daşnaklar dünyanın hər yerinə teleqramlar yağdıraraq, şivən qoparırdılar ki, müsəlmanlar erməniləri qırırlar. Azərbaycan qəzeti 25 sentyabr 1918-ci il».
     Hamilə qadınlara tutulan divan şahidləri dəhşətə gətirirdi. «Təzəpir» məscidinin qarşısında tükürpədici mənzərə yaranmışdı. Məscidin girişi meyidlərlə dolu idi, tərpənmək mümkün deyildi. Allah evi isə təhqir olunmuşdu. Erməni quldurları bolşevik libasında azərbaycanlılar üzərində soyqırımı həyata keçirirdilər. Təkcə Bakının şəhər ətrafı rayonlarından birində eybəcər hala salınmış 58 qadın meyidi tapılmışdır. Onların qulaq başları kəsilmiş, qarınları yırtılmışdı. O vaxtın şahidlərinin dediklərinə görə insanları diri-diri divara mıxlamışdılar. Həmin vaxt Çənbərəkənddəki müsəlman qəbiristanlığında ermənilər tərəfindən həyata keçirilən soyqırım nəticəsində 18 min soydaşımız dəfn edilmişdi. Bunlar həm Bakıda, həm şəhərin ətrafında yaşayan azərbaycanlılar idi. Bir zamanlar uşaq oğurlamaqla məşğul olan Əmiryan Tatoves Bakıda 16 min müsəlman yoxsulunu qılıncdan keçirmiş, əclaf Styopa Lalayan isə bir sıra məhəllələri müsəlman ziyalılarından təmizləmişdi. O, qansız həmin ziyalıları evlərindən çıxarıb küçənin ortasında güllələtdirmişdi.
    Belə əclaf işlər gördükləri üçün S.Şaumyan, Tatoves Əmiryanı, Styopa Lalayanı Şamaxını, Şirvanı, Muğanı, Lənkəranı dağıtmaq üçün, müsəlmanları qırmaq üçün seçilmiş daşnak dəstələrinə başçı təyin edir.
    Styopa Lalayanın, Tatoves Əmiryanın (Əmirov) Şamaxıda törətdikləri faciələr Azərbaycan xalqının tarixində bir qara ləkə kimi qalmaqdadı.
    Quldurlar Şamaxıya soxularaq amansız qarətlər törətmiş şəhərin dinc əhalisini qəddarcasına qılıncdan keçirmişdilər. Küçələr, həyətlər, məscidlər meyidlərlə dolu imiş. Bütün məscidlər – 13 məhəllə məscidi, 800 il yaşı olan Cümə məscidi onların nəzdində olan müqədəs ocaqlar, pirlər, ziyarətgahlar erməni tərəfindən dağıdılıb yerlə-yeksan olub. Bunların hamısı «Daşnaksütyün» partiyasının qabaqcadan nəzərdə tutduğu plan əsasında həyata keçirildi. Şamaxının kəndlərində erməni quldurlarının törətdikləri cinayətlər xüsusi amansızlıqla fərqlənirdi. Kişiləri ayaqlarından asıb sallaxanada heyvan cəsədi kimi qılıncla doğrayırdılar. Digərlərini taxta çarpayıya bağlayıb, xalça-palaza büküb üstünə neft töküb yandırdılar. Dini kitabları, müsəlmanların islam dünyasının müqəddəs kitabı olan «Qurani-Kərimi» qalaq-qalaq yığıb yandırdılar. İnsanları diri-diri döşəməyə, qapıya, stola mıxlayırdılar. «Cümə» məscidinin qabağında əmələ gələn qan gölündə dindarları dəstəmaz almağa məcbur edir, sonra qollarını möhkəm iplə bağlayıb üstlərinə neft töküb diri-diri tonqala atırdılar. Bütün bunlar çörək itirən ermənilərin gözü qarşısında baş verirdi. Ən vəhşi hərəkətlərdən biri adamların əl-ayaqlarını bağlayıb kəsilmiş əzalarını özlərinə yeməyə məcbur etmək idi. Yağılar S.Lalayanın göstərişi ilə ölənlərin cəsədlərini ağaclardan asardılar. Qadınların boynundakı boyunbağı, qolbağı, bilərzik, qulaqlarındakı sırğa, barmaqlarındakı üzük çıxmadıqda baş, qol, barmaq, qulaq kəsilirdi. Körpə uşaqları analarının qucağında öldürürdülər.
    Quldurlar Şamaxının «Cəmcəmli», «Mirkənd» kəndlərində 23 kişi, 14 qadın, 8 azyaşlı uşaq öldürdükdən sonra kəndi tamam talan edib, od vurub yandırıblar.
    Lalayanın göstərişi ilə kəndlərin birində 100 nəfərə yaxın qadını məscidə doldurub diri-diri yandırıblar. Kürdəmirdə 56 ev, 2 məscid, Şamaxının Baloğlan kəndində 535 nəfəri-250 kişi, 150 qadın, 135 uşaq qətlə yetirilmiş, 69 nəfər yaralanmışdı. Nəvaxı kəndində 1050 nəfər öldürülmüş yaralanmışdı.
    Ümumiyyətlə Şamaxı qəzasında erməni quldurları tərəfindən 58 kənd dağıdılmış, 8 minədək adam, o cümlədən 1653 qadın, 965 uşaq, 5382 kişi, qılıncdan keçirilmiş güllələnmişdi.
    Stepan Şaumyanın əmri ilə Hamazasp Quba qəzasına göndərilən erməni quldurlarının başçısı təyin edildi. O, çıxış edərək deyir:
   -«Mən buraya Şura höküməti qurmağa yox, türklərdən qisas almağa gəlmişəm». Hamazasp əclafın başçılığı ilə Quba qəzasında 122 kənd yerlə-yeksan edilmiş, əhalisinə cinsinə, yaşına məhəl qoymadan qəddarcasına divan tutulmuşdu.
    Nəhayət «Daşnaqsütyun» partiyasının tapşırığı ilə Andronik Tarosoviç Ozanyan Naxçıvanı, Zəngəzuru Qarabağı ələ keçirməli idi. Nəticədə onlar Bərdədə görüşməli idilər.
Andronik Tarosoviç Ozanyan kimdir?
    Elə birbaşa quldurbaşı, qəddar, vəhşi, amansız desəm yanılmaram.
    O, 1865-ci ildə Türkiyənin Qarahisar yaxınlığında Şahtah qəzasında dünyaya gəlib. Gənc yaşlarında eyş-işrət içərisində yaşayıb hələ 16 yaşında quldurluğa terrorçuluğa meyilli olub. Öz xasiyyətində dığaları başına yığıb küllü miqdarda mal-qoyun aparıb, insanları qətlə yetirib onlar arasında ədavəti qızışdırıb. Dişini Avropa dövlətlərinə, türk dünyasına qıcayan, ələxsus Qara dənizə göz dikən rus çarı özgə torpaqlarda gözü olan quldur dəstəsinə quldur, daşnak lideri Andronik Tarosoviç Ozanyanı da qoşub. Özündən güclüyə quyruq bulayan Andronik özünü fəal göstərdiyi üçün çar höküməti bildirir ki, Andronik kimi oğulları olan xalqa hər şey, hətta «Böyük Ermənistan»ın gələcək hökümdarı olmaq da halaldır. Deməli erməni quldurları rus çarına sədaqətlə qulluq edəcək olsa, əvəzində türkiyənin şərqi-Ərzurum, Sarıqamış, Qars Vangölü, Azərbaycanın qərbi-Uluxanlı, Vedibasar, Qəmərli, Dərələyəz, Zəngəzur bölgələrini Ermənistana birləşdirib «Böyük Ermənistan» yaradacaq Andronik Tarosoviç Ozanyan da oranın hökmdarı olacaq.
    Lakin həm erməni quldurlarının, həm çarın «Böyük Ermənistan» yaratmaq arzuları gözlərində qaldı. Avropa dövlətlərinin xüsusi ilə İngiltərənin işə qarışması nəticəsində Əbdülhəmid bu fürsəti əldən vermədən Türkiyə hüdudlarında fəaliyyət göstərən bütün erməni quldur dəstələrini darmadağın edir, Andronikin qulağını kəsir. Amma iki fahişəsinin fəallığı erməni qayğısı ilə Andronik türklərin əlindən qaçıb qurtarır. (Babam Kərbalayi İsgəndər danışırdı).
   -Türk əsgərlərini erməni qızları özlərinə aşiq etmişlər. Həmin fahişələr əsgərlərin danışığından mətləbi tuturlar, Andronikin yerini öyrənirlər qaravulçuları ələ almaqla, yumşaq yerlərini onların qucağına qoymaqla, Tayqulağı azad edirlər. Andronik əvvəl Bolqarıstana qaçır, 1912-14-cü illərdə Balkan müharibəsində quldurluq edərək bir müddət silahsız, dinc türk əhalisinə divan tutur. 1914-15-ci ildə Tiflisə gəlir, türklərə qarşı vuruşmaq niyyətində olduğunu bildirir. Həmin vaxt ruslara Andronik kimi quldur hava su kimi lazım idi. Türkiyə ərazisində erməni könüllərindən ibarət rusların hazırladıqları 4 korpusdan birini quldurbaşı Andronik Ozanyana həvalə edirlər. Erməni könüləri rus ordusu ilə çiyin-çiyinə Türkiyənin Van, Qars, Sarıqamış Ərzurumda vuruşur türk əhalisinə divan tuturlar. Lakin bu savaşda da məğlubiyyətə uğrayan Andronik 1917-ci ildə çar hökümətinin devrildiyini general Baratovun geri çəkildiyini görüb rusların silah-sürsatlarını oğurlayıb 15 min qoşunla qaçır. O, İranın Xoy şəhərini, Cənubi Azərbaycanı, Culfa şəhərini keçərək Naxçıvana basqın edir. S.Şaumyanla əlaqə yaradan daşnak Andronik «Daşnaksütyun» partiyasının «Böyük Ermənistan» yaratmaq planı ilə tanış olur. O, Naxçıvana soxulduqdan sonra elan edir ki, «Məni Naxçıvana rəhbər təyin ediblər» Andronik S.Şaumyanın göstərişi ilə Naçıvan əhalisindən bütün silahları yığır. Onun bu hərəktləri, fəallığı S.Şaumyana xoş təsir bağışlayır Androniki «xalq qəhrəmanı» adlandırır. O, bolşevik lideri V.İ.Leninə belə bir teleqramma vurur:
    «Andronik Ozanyan Naxçıvanda Şura hökümətini qurur. Ona əlavə kömək lazımdır». Teleqramma V.İ.Leninə çatar-çatmaz daşnak «əlavə köməyi» təşkil edir.
    1918-ci ilin mart ayının 10-da Qərbi Azərbaycanın Ləmbəli bölgəsindən olan milis (polis) işçisi Mustafa Əfəndiyev İrəvandan Naxçıvana gedən qatarda yoxlama apararkən xeyli silah-sursat-60 plemyot, saysız-hesabsız patron aşkar edir. Burada atışma başlayır, ölən yaralanan olur. Mustafa Əfəndiyev həbs olunur onun taleyi bu gün məlum deyil. Şaumyan daşnağın qeyd etdiyi «Əlavə kömək» azərbaycanlıları qırmaq üçün Andronikə göndərilən silah-sursat idi. Şaumyana belibağlı olan quldur Andronik öz qoşunu ilə Çənnəb, Aza, Yayıcı, Camaldin, Əbrəqunis, Ərəzin, Çeşməbasar kəndlərini talan edir, od vurub yandırır, əhali dədə-baba yurdundan didərgin düşür. Evlər, məscidlər, örüşlər, yamaclar, zəmilər odlara qalanırdı.
    Əbrəqunis kəndində yaşayan İslam Qurbanovun 1965-ci ildə mənə danışdıqlarından:
   -Kəndlərimizə basqın edən erməni quldurları dinc əhalimizi qılıncdan keçirir, qadınların bətninə nizə soxurdular. Bir az üzdə olan adamların, el qəhrəmanlarının boyunlarını vurur, başlarını dərə aşağı diyirləyirdilər. Süleyman adlı Ordubad rayonun Tivi kəndindən bir qoçaq adam əmələ gəlmişdi. Adına Qaçaq Süleyman deyirdilər. Qaçaq Süleyman qorxu bilməz oğullardan 25 nəfər başına yığıb dəstə düzəltmişdi. Onlar ermənilərin kəndlərə soxulan quldurlarına divan tutur, silahlarını ələ keçirirdi. Qaçaq Süleymanın dəstəsi Andronikin qoşununa xəlvəti zərbələr endirir, say-seçmə adamlarını dənləyirdi. Qaçaq Süleymanın dəstəsi Tivi dağlarının ətəklərində Bülöv kəndindəki Babək qalasında qalırdı. Androniki təqib edən Əbdülhəmidin əsgərləri Xoy Maku istiqaməti ilə irəliləyərək ərəblər, Şahtaxtı ərazisindən Araz çayını keçib Düzdağ təpələrindən daşnakları top atəşinə tuturlar. Mərmilərdən biri düz Andronikin qərargahının yanına düşür. Türk qoşunun zəbəsini görmüş Andronik öz əsgərlərinə qaçmaq komandası verir. O, çox vaxt erməni dilində danışırmış. «Ara, Şudara paxenq, torkeri yerab»(Ədə,tez olun qaçaq, türklər gəldi.) O, ildırım sürəti ilə dağlara çəkilir.
    Bu quldur dəstə Sisiyan mahalına çəkilərkən Ordubad rayonunun dağ kəndlərindən keçməli olur. Tivi, Bist, Ələhi, Nəsiraba, Bülöv kəndlərindən keçib Qıpıcıqdan Zəngəzura aşmağa tələsən quldur Tividə bir tələ qurur. O, öyrənir ki, Tividə Qaçaq Süleymanın «dostu» Hayrik adlı erməni yaşayır. Andronik Hayriki ələ alır. Bir atalar sözü var e, «İt itin ayağını, bastamaz. O it, o itin dayısı, haya gedər hamısıMəsələni elə qurur ki, Hayrik qonaqlıq təşkil etməli Süleymanı qonaq çağırmalı olur. Həmişə bizim el qəhrəmanlarını Qaçaq Nəbini, Babəki, Qaçaq Qardaşxanı, Keçili Qaçaq Təhməzi xəyanətlə güdaza verən erməni olmayıbmı? İndi belə deyilmi?
    Yeni-yeni böyük cinayətləri bu gün törədən anası erməni milliyyətindən olan «qan qardaşlarımız» deyilmi? isə Hayrikin vasitəsiylə Qaçaq Süleyman başının dəstəsi ilə Andronikin toruna düşür. Andronikin göstərişi ilə Süleyman onun dəstəsinin boynu vurulur başları dərənin dibinə yuvarlanır. Andronikin quldur dəstəsi Naxçıvanı tərk edərkən Naxçıvanda 11 kəndi, Ordubadda 9 kəndi, Culfada 3 kəndi viran qoymuş, Sirap dərəsində sığınacaq tapan 20 min əhalini cinsinə, yaşına fərqinə varmadan güllələmiş, Yayıcı kəndin 2500 nəfər əhalisini qılıncdan keçirib meyidləri Araz çayına atmışlar. Ümumiyətlə Naxçıvan bölgəsində Süleyman kimi Kəblalı xan, Cəfərqulu xanın oğlu, Kəngərli, Salmanın oğlanları, Əliciqusun oğlu Həsən, hambal Hüseynin oğlanları kimi el qəhrəmanları olmasaydı, türk ordusu gəlməsəydi daha böyük dəhşətli faciələr olardı:
    Mirzə Cabbar Baxçabanın dediklərindən:
-«1918-ci ildə daşnaklar İrəvan vilayətində 211 azərbaycanlı kəndini dağıdıb, 300 mindən çox insanı qətlə yetirmişlər. Fəlakətlə, ölümlə üzləşən azəraycanlılar ev-eşiklərini atıb xiybanlara, dağalara qaçmışdılar. Mən Noraşen kəndində ailə üzvlərimlə bir tövlədə bir köynəkdə, alt paltarına qalırdım. Bu kənd İrəvandan qaçmağa məcbur olan azərbaycanlılarla dolu idi. Həmin vaxt daşnaklar Naxçıvanı viran etmişdilər. Adronikin göstərişi ilə adamların diri-diri dərisini soyurdular. Kütləvi sürətdə əhalini qırırdılar. İran azərbaycanlıları Naxçıvana köməyə gəlmək istəyirdilər. Lakin İran dövləti onları Naxçıvana getməyə qoymur, qabaqlarını alırdı
    Andronik Ozanyan Naxçıvandan Sisyana (Zəngəzura) aşanda Qızılboğaz deyilən yerdə Keçili Dəli Təhməzin dəstəsi ilə toqquşur, xeyli itki verir. Silah yüklü üç at dəli Təhməzin əlinə keçir. Həmin silahlarla onun oğlu Quşdan 30-cu illərə qədər erməni daşnaklarına qarşı vuruşan el qəhrəmanı ömrünün sonuna kimi Şahbuz dağlarında qaçaqlıq edib.
    Andronik Zəngəzura aşandan sonra azərbaycanlılar yaşayan kəndlərin əhalisinə divan tutur. Kəndlərin yaşlı adamları danışırdılarBazaçay boyunca yerləşən kəndləri Ərikli, Sükar, Pulkənd, Şükarlı, Məliklər, Saybalı, Əlili, Zabazadır, Hortuyüz, Dulus, Ağdü, Şam, Pürüllü, İrmis, Bəhluli, Dərəkənd, Qalaçıq, Urud, Dərəbəs, Anabat, Şükürbəyli, Çınqıllı kəndlərini xaraba qoyub əhalini qırır.
    Andronikin quldur dəstəsi Sisyanın 31 kəndini xaraba qoyub, əhalini qırıb. Ağdü kənində 400 nəfər tutan məscidə adamları yığıb bütün çıxışları bağlayıblar. Qızmış buğaların üstünə neft töküb od vurub içəri buraxıblar. Buğalar adamları dırnaqları altına alıb şilküt edib. Sonra qəddar ermənilər məscidin damını söküb içəri küləş doldurub od vurublar, məscidin küncündə, bucağında qalanlar da tüstüdən boğulub ölüb. Bakı-Şamaxı senarisi kimi insanları ən çox Allah evlərindəməscidlərdə məhv ediblər. Andronikin quldur dəstəsi törətdiyi vəhşilik nəticəsində xaraba kəndlərin kalafalarında qazıntı aparılarkən vəhşicəsinə öldürülmüş insanların qol, bud, bazu, kəllə sümükləri çıxırdı. Əcdahı dərəsinin, Mırığın, Aylığın mağaraları kahaları, qayaların araları insan sümüyü ilə dolu idi.
    Şükar  kəndindən Abbas kişinin 1967-ci ildə  mənə  dediklərindən: Andronikin quldur dəstəsi kəndi mühasirəyə  almışdı. Bacılarım  Gövhər Nigar  kənddə  qalmışdılar, Gövhər qonşumuz Tağının oğlu Eldənizə adaxlanmışdı. Atam Şamil görür ki, çıxış yolu yoxdur ona görə qızların erməni əlinə keçməməsi  üçün onları öldürmək fikrinə düşür. Elə edir. Gavur əlinə düşməsin deyə övladlarını özü vurur. Eldəniz nişanlısını aparmağa gələndə quldur dığalar onu qamarlayıb tuturlar belə şərt qoyurlar:
Get  nişanlın Gövhəri gətir ver bizə, səni buraxaq. Eldəniz onlara  ağır sözlər deyir. Dığalar onu aparıb «Toxluqayanın» dibində doğrayırlar. Atam Şamil  ermənilərə  əsir düşür. Onu  Qarakilsənin həbsxanasında saxlayır, işgəncə verirlər. Arsen adlı erməni atama zülm eləyib. Ətlə dırnağın arasına iynə  yeridib, barmağını qapının arasında  qoyub sıxır, sol  ayağını  nallayır, qaçaqların yerini  ondan öyrənmək istəyirlər. Atam onlara sirr vermir. Axırda  atamın sağ baldırınının  dərisini soyur, yerinə  duz səpib  həməyir keçilərə yalatdırırlar. Sonra  aparıb «Göyuçuqun»  qayasından atırlar.
      Təxmini  hesablamalara  görə   quldurlar  kəndimizdən 2000 baş qoyun, 975 baş qaramal, saysız- hesabsız  dana- buzov  aparıblar. Vəhşi  ermənilər  zəncirli  itləri, hörüklü  atları  öldürməyiblər  ki, tüklərə  məxsus olan  heyvanlar  işgəncə  ilə  ölsünlər:
      Andronik  Zəngəzurun qərbini talan etdikdən sonra 1918-ci ilin payızında Tat kəndinə hücum edir. (Tat kəndi Laçın rayonunun ərazisindədir.) Andronikin vəhşiləşmiş dəstəsi kəndi mühasirəyə alır. Quldurbaşı üzünü özü kimi qaniçən, qəddar, başkəsən dığalara tutur
-Qaytaqanlar (qaçqınlar)! Mən sizin vəziyyətinizi bilirəm yeməyə çörəyiniz, əkməyə torpağınız, yaşamağa ev-eşiyiniz yoxdur. Siz var-yoxunuzu Ərdahanda, Vanda, Ərzurumda, Qarsda, Sarıqamışda qoyub gəldiniz. Mən orda sizin qisasınızı türklərdən ala bilmədim, lakin bu Zəngazurda yaşayan türklərə aman yoxdur. Gərək daş-daşın üstündə qalmasın. Bir erməni ölsə, 10 türk ölməlidir. Tat kəndi bizim əlimizdədir. Bu kənddən bir nəfər sağ çıxmamalıdır. Tat kəndinin 2859 nəfər əhalisi erməni quldurları tərəfindən ağıla sığmaz işgəncə ilə qətlə yetirilib. Tat  kəndində törətdikləri dəhşətli faciyəni ağılasığışdırmaq olmur. Azyaşlı uşaqların başını kəsib, qanını xüsusi qablara yığır, ürəkləri soyumaq üçün qədəhlərə süzüb içirmişlər. Sonra kəndin adamlarını əsasən qadınları, uşaqları samanlığa doldurub diri-diri yandırıblar. Tat kəndində hamilə qadının qarnını yırtaraq körpəni yanan təndirə atıblar.
    Körpə uşaqları budaqları qələm vurulmuş ağaclara qarnı üstə keçirib, onların ağlamasından həzz alırmışlar. Andronik Ozanyan qəlbi yerdə oturub meydanda lüt kürəklərinə qaynar samovar bağlanmış adamların hərəkətlərindən ləzzət alırmış.
    Daşnak Tayqulaq Zəngəzur mahalının qərb hissəsini işğal edəndən sonra Qarabağa keçmək eşqinə düşür. Yerli erməni nankorlarının köməyi ilə heç bir maneyəyə rast gəlmədən Minkənd-Şəlvə-Murovdağ istiqamətində Qarabağa keçmək qərarınə gəlir. Xülasə, yerli daşnak törtöküntüləri Androniki başa salırlar ki, Zəngəzur dağlarında, yaylaqlarında elat tərəkəmələr ancaq yayda olurlar. Onlar quyruq doğan kimi dəvələr ağzı arana yatanda barxanasını bağlayıb köçürlər. Onların nəzərdə tutduqları maneyə Kürdüstanın bəyi-Soltan bəy Soltanov idi. Yediyi çörəyi itirən dığalar Androniki tamam arxayın salırlar ki, Soltan bəyin böyük təsərrüfatı var, başı qarışıb təsərrüfata. Bəli, Andronik hərbi sursatını gətirib yığır Qaragölün ətrəfına, gözləyir el yaylaqdan üzülsün. Onun məqsədi Qarabağa keçmək, nəzərdə tutulan planı yerinə yetirmək idi.
    Qışda ovçular dağlara çıxırdılar. Onlar ayı, maral ovlayırdılar. Şəlvədən ovçu Qaraş,  ovçu Soltan ovçuluqda tanındıqları üçün onlara ovçular deyirdilər. Ovçular Qaragölün həndəvərində hərbi sursatı görüb şübhələnirlər. Ovçular ov etməkdən vaz keçib özlərini çatdırırlar Soltan bəyə:
-Bəy, başın qarışıb təsərrüfata düşmən gəlib oturub çənənin altında. Onlar gördüklərini yerbəyerdən Soltan bəyə çatdırdılar. Soltan bəy qəzəblənir deyir:
-Mən bu dağlarda elə bir tufan qopardım ki, onun dalğası bütün Zəngəzuru bürüsün.
Qısa arayış: Soltanov Soltan bəy Zəngəzur mahalının Abdallar oylağının Kürdhacı kəndində dünyaya göz açıb. Atası Paşa bəyin, babası qatırçı Muradın var-dövləti adla deyilərmiş. Paşa bəy bədahətən şeir deyən, müdrik el ağsaqqalı, müdrik kəlamlar işlədən dünya görüşlü adam olub. Soltan bəy ilk təhsilini Şuşada, Tiflisdə sonra Sankt-Peterburqda mükəmməl təhsil almış, hərbi akademiya bitirmişdir. Təsərrüfatı çox sevdiyindən orduda xidmət etməyib gəlib öz doğma kəndində böyük pendir zavodu tikdirib zavodun avadanlığını Almaniyadan gətirib. Zavodda hasil olan məhsul-yağ, pendir, xama, qaymaq bütün Şərqdə məhşur imiş. O, Avropa başqa Şərq dövlətləri ilə ticarət əlaqələrinə girir rus ordusunu yağ, pendirlə təmin edir.
    Bu bəd xəbəri eşidən kimi Soltan bəy qüvvələri səfərbər edir. İşi belə görən Andronik Soltan bəylə sazişə girmək fikrinə düşür. Din xadimlərinin toxunulmazlığından istifadə edən daşnak Andronik keşiş Mesropu Soltan bəylə görüşə göndərir. Soltan bəy yad adamlarla pərdə arxasından söhbət edərmiş. Keşiş Andronikin göndərdiyi məktubu Soltan bəyə təqdim edir.
    Məktubun məzmunu belə olur:
«Soltan bəy, bizim Şuşa yürüşümüzün təhlükəsizliyini təmin etsəniz, Abdallar oylağından keçib getməyimizə icazə versəniz, sizə istədiyiniz qədər qızıl verərəm. Hörmətlə: Andronik Paşa»
    Soltan bəy ağıl dəryası imiş. O, keşişə deyir ki, elə cavab məktubunu da özün yaz. Yaz ki, türk hərbi adı «Paşa» sizə yaraşan ad deyil. O ad türklərə məxsusdur. Siz isə eşitdiyimə görə ermənisiniz. onu da bilməlisiniz ki, bu yurdun övladları qeyrətlərini pula satmayıblar. O ki, qaldı Şuşa yürüşünün təhlükəsizliyini təmin etməyə, bizə 20 qatır yükü silah lazım olacaq. Danışıqlarımız baş tutsa işarəmi gözləyin. Amma bütün silahları, topları, plemyotları söküb qatırlara yükləyin, üstünü basdırın diqqəti cəlb etməsin. Bu yerlərin dəliqanlı igidləri şuluqluq salar, biabır olarıq. Soltan bəy ixtisasca topçu idi. Fənd işlətməklə bir gecənini içində düşmənini silah yüklü 170 qatır karvanının ağzını Kürdhacıya döndərir. Andronikin quldur dəstəsini, nizami ordusunu Zabığın dərəsində darmadağın edir. Çıxış yolu tapmayan quldur Andronik Ozanyan keşişi öldürür, libasını geyinir. 5-6 yaşında bir uşağın əlindən tutub bəyə tərəf gedir.
Qələbədə məğrurlaşan Soltan bəy:
-Keşiş, hardan gəlib, hara gedirsən?
Andronik uzun əbasının balağını dəstələyə-dəstələyə:
-Bəy, başına pırlanım, bu uşağa hayıpım gəlir, azıb eyləyər,aparıb ötürüm.
O, hiylə ilə xaç çevirir, «astvasa» da xoş gələr, -deyir.
Soltan bəy qılçını aralayır deyir:
-Keşiş, gəl keç.
Andronik bəyin pkaçasının arasından keçib gedir. Bir azdan əsgərlər  xəbər gətirirlər ki, Andronik keşişi öldürüb paltarlarını geyinib aradan sıpıxıb çıxıb. Gedək onu tutaq gətirək. Soltan bəy üzünü onlara tutub:
-Əzizlərim, Türkiyədə türklər onun qulağını kəsiblər. Burada da mənim qılçımın arasından keçib. O bir daha Azərbaycana qayıtmayacaq.
   Doğrudan da, elə olur. Zabığ məbluğiyyətindən sonra Andronik 30 nəfərlə gedib çıxır Üçməzdinə. 1923-cü ildə gedib Bolqarıstana. Oradan da özünün iki oğlunu götürüb qaçır Amerikaya 1925-ci ildə orada gəbərir. 1927-ci ildə Fransada yaşayan daşnaklar  onun sümüklərini Parisə köçürürlər. 1990-cı ildə millətçilik, şovinistik tərbiyəsinin gözünə qatmaq üçün onun qəbrindən bir ovuç torpağı Yerevana göndərmişdilər. Biz isə erməni daşnaklarının fitfası ilə Soltan bəy kimi el oğulunu «Xalq düşməni» çıxartdıq, nəslini sürgünlərdə çürütdük.
    Ruhun şad olsun, ay Soltan bəy! Əmanət qoyub getdiyin torpaqları saxlaya bilmədik. Ümumiyyətlə 1918-ci ildə 50 mindən çox soydaşımız qətlə yetirilib, 20 min nəfər dinc əhali yaralanıb, 50 min adam əlil  olub, 4 min əsir itkin düşmüşdür, 811 kənd, şəhər, qəsəbə yer üzündən silinmişdir.
    Ümummilli liderimiz H.Əliyev tariximizin faciəli səhifələrindən danışarkən qeyd etmişdir: «Soyqırım deportasiya prosesi mərhələlərlə müxtəlif tarixi şəraitdə, düşünülmüş plan əsasında həyata keçirilmişdir. Sərsəm «Böyük Ermənistan» ideyasını gerçəkləşdirmək üçün saxta ideoloci tezislər formalaşdırılmış, terrorçu təşkilatlar qurulmuşdur. Erməni əhalisi türk Azərbaycan xalqına qarşı daim millətçilik, şovinizm ruhunda tərbiyyə olunmuşdur
    Soyqırım Azərbaycan xalqına böyük siyasi, maddi mənəvi zərbələr vurmuşdur. Bütövlükdə XX əsr ərzində 2 milyona yaxın azərbaycanlı deportasiya soyqırım siyasətini ağır nəticələrini öz üzərində hiss etmişdir
    Bu hadisələri, onların dərslərini unutmağa bizim haqqımız yoxdur. Tarixi yaddaşsızlıq unutqanlıq xalqımıza baha başa gələ bilər. Azərbaycanlılara qarşı zaman-zaman törədilən bu ağır cinayətləri unutmamaq, böyüyən nəsli bədxah qüvvələrə onların məkrli niyyətlərinə qarşı ayıq-sayıqlıq ruhunda tərbiyə etmək mühüm vəzifədir».
    Dünya ictimai fikrinə ermənilərin məkirli siyasətini, azərbaycanlıların erməni tərəfindən soyqırıma məruz qalmalarını çatdırmaq üçün ümummilli liderimiz cənab Heydər Əliyevin 26 mart 1998-ci ildə imzaladığı fərman təqdirə layiqdir. Həmin fərmanda, «31 Mart Azərbaycanlıların  soyqırım günü» kimi qeyd olunur.
    Bu gün vəzifəsindən, siyasi mənsubiyyətindən asılı olmayaraq hər bir azərbaycanlı, hər bir vətən övladı ermənilərin xəbis niyyətlərini, ortaya atdıqları yöndəmsiz, sərsəm planları  ifşa etməli, Azərbaycan xalqının haqq səsinin dünya ictimaiyyətinə çatdırılması üçün əlindən gələni əsirgəməməlidir.

                                                                       Əvəz Mahmud Lələdağ. 

            




Комментарии

Популярные сообщения из этого блога

SƏN MƏNİ SEVMƏDİN MƏN SƏNİ SEVDİM KITABINDAN ŞEİRLƏR

Sumqayıt haqqında şeirlər

«Vağzalı»nı bir də çal