Qızım


Qızım

Dilimin əzbəri, sözümün canı,
Doğma vətən oldu, bir də mən, qızım.
Ömür yora-yora altmışa çatdın
Istərəm çatasan yüzə sən, qızım.

İnamla yaratdın, həvəslə qurdun,
Yurdun keşiyində mərdanə durdun.
Yağının arzusun gözündən vurdun,
Əhsən bu əmələ,əhsən, qızım.

Zəhmət həmdəmindir, əmək sirdaşın,
Bu həyat eşqidir hər vətəndaşın.
Namərdin başına düşdü mərd daşın,
Səni sarsıtmadı duman-çən qızım.

Əlin qələm tutan, dilin söz deyən
Hər kəsin üzünə sözü düz deyən
Fikri hamarlayıb tərtəmiz deyən
Gileydən, güzardan sən gensən, qızım.

Milləti sevirsən, dili sevirsən
Ömürdə şən keçən ili sevirsən.
Çiçəyi sevirsən , gülü sevirən
Həm də güc alırsan çiçəkdən, qızım.

Sən mənim ilkimsən, ilk anaşımsn,
Coşqun gəncliyimsən, cavan yaşımsan.
Yazımsan, yayımsan, payız- qışımsan,
Arzum-niyyətimsən, gülümsən, qızım.

Nə dərdlər çəkmişəm mən için- için
Əlimdən düməyib nə dəryaz, nə çin
Övlad böyümüsən el- oba üçün,
Şükürlər olsun ki, nənəsən , qızım

Qəlbində yaşadır Lələdağ səni
Bilir arxasında uca dağ səni
Görüm alnı açıq, üzü ağ səni
Səninlə fəxr edir bu dədən, qızım.



Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri