Əriməzdə qarım qaldı


Əriməzdə qarım qaldı

Əriməzdə qarım qaldı,
Dağlar, qarım amanatı.
Yarım gəldi, yarım qaldı,
Dağlar, yarım amanatı.

Qılınclayın qılınc qaşı,
Çənli yazı, yelli qışı.
Əsir düşdü məzar daşı,
Dağlar, gorum amanatı.

Mərd oxunu namərd atdı,
Köhnə yaramı qanatdı.
Elim, obam amanatdı,
Dağlar, qoru amanatı.

Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri