Ay ana


                       Ay ana

Lal gecənin sakit çağı,
Gəl qeydimə qal ay ana.
Dözülməyir ürək dağı,
Gəl könlümü al ay ana.

Ana deyib çəkirəm ünü,
Qəm bürüyər yer üzünü.
Xəyal kimi keçən ömrü,
Az yadıma sal ay ana.

Qəmli ahlar bağlamaqdan,
Boş-gözümü dağlamaqdan.
Ana deyib ağlamaqdan,
Saçım olub ağ ay ana.

Nəğmə qoşaram eşqinə,
Həyatımı verərəm gəlişinə.
Sən də balanın eşqinə
Qalx məzardan ay ana.

Mən Əntiqəyəm,bu zilləti,
Çəkirəm ana həsrəti.
Canımda elinn həsrəti
Qalmayıbdır hal ay ana.



                                             30.12.2006.


Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri